“Azərbaycan Dağ Bəbiri 7x4000m” layihəsi çərçivəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ( FAIREX ) təşkilatçılığı ilə Azərbaycanın ikinci ən yüksək zirvəsi olan Şahdağ Zirvəsinə ( 4243 m ) yürüş ediləcəkdir. Yürüş üçün 12 nəfər iştirakçı nəzərdə tutulmuşdur və 24,25,26 iyun 2016-cı il tarixlərini əhatə edəcəkdir. FAIREX-in Dağ Komissiyası müraciətləri qiymətləndirəcək və müsahibə əsasında iştirak edəcək şəxsləri müəyyənləşdirəcəkdir. |