Çexiyada velo-kross üzrə keçirilən Dünya çempionatının 2-ci mərhələsinin qalibləri belçikalı Kevin Pauvels və Katerina Naş olub.Katerin Naş Hollandiyalı Danni van der Brandı qabaqlaya bilib.
Norveç ekspedisiyasının üzvləri Veqard Ulyanq, Yan Qanner Vinter, Stayn Aeşeym və Xarald Daq Amudsen marşrutu üzrə Cənub qütbünə yola düşəcək,Ekspedisiya 14 dekabr 2011-ci il tarixində yer kürəsinin ən cənub nöqtəsinə çatmağı planlaşdırır.
Beynəlxalq Velosipedçilik Birliyi tərəfindən Çexiyanın Plzen şəhərində keçirilən Dünya Çempionatının 1-ci turunun qalibləri A.B.Ş çempionatının qalibi olmuş Katerin Kompton və belçikalı Sven NIS olub.
FAİ-nin Baş Konfransının Belqradda baş tutan 105-ci toplantısı çərçivəsində 2011-ci ilin təltifetmə mərasimi keşirilib.Dünyanın müxtəlif ölkələrindən 20 mükafatçı aeronavtika və astronavtika sahəsinin inkişafında xidmətlərinə görə FAİ-nin prezidenti Con Qrübström tərəfindən medal və diplomlarla təltif olunub.
Velo-kross üzrə 2011-2012-ci il Dünya Kubokuna kişilər və qadınlar kategoriyaları üzrə şənbə günü Çexiyanın Plzen şəhərində start veriləcək.8 həftə davam edəcək və 2012-ci ilin yanvar ayında başa çatacaq yarışmada keçən ilin ümumi nəticəyə görə qalibləri Nils Albert və San van Paassen öz titullarını qorumağa çalışacaqlar.
Beynəlxalq Velosipedçilər Birliyi 2012-ci ildə İtaliyanın Lombardiya vilayətində keçirilək Dünya turnirinin vaxtını dəyişib. Beynəlxalq Velosipedçilər Birliyi Şurasının müzakirəsindən sonra 2012-ci ilin sentyabr ayının 1-ci şənbə gününə təyin olunmuş turnir 2012-ci ilin sentyabr ayının 29-na təyin olunub.
Beynəlxalq Xizəkçilik Federasiyası (FİS) tərəfindən xizəklə tullanma üzrə Qran Pri yarışması baş tutub.Qran Pri turnirinin 1-ci mərhələsi 8 oktyabrda Avstriyanın Hinzenbax şəhərində,2-ci mərhələsi isə 10 oktyabrda Almaniyanın Klingental şəhərində baş tutub.Yarışmanın qalibi avstriyalı Tomas Morgenstern olub.Polşalı Kamil Stok 2-ci ,norveçli Tom Hilder 3-cü olub.
Pekində veloyürüş üzrə Dünya Turu keçirilib.Yarışlar 5 – 9 oktyabr 2011-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutub.Yarışmada 11 müxtəlif ölkəni təmsil edən 18 veloklubun idmançıları mübarizə aparıb.Yarışın qalibi Belçikalı Filipe Hilbert olub.2 və 3-cü yerləri isə Hollandiyalı Hesink Robert və Kolumbiyalı Uran Riqoberto tutub