fairex.az
ENG
RUS
20.9.2019
Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi açıldı
 19/8/2015 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının təşkilatçılığı ilə (UİAA) 18 avqust 2015-ci il tarixində Qusarın Ləzə kəndində təşkil olunan Beynəlxalq Gənclər Düşərgəsinin açılışı olub. 

 

 

Qeyd edək ki, düşərgədə idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 xarici və yerli idmançı təlim keçir və düşərgə iştirakçıları beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnir, Azərbaycanın təbii gözəlliyi, ölkənin dağçılıq turizminin inkişaf perspektivləri və mövcud potensialı ilə yerində tanış olmaq imkanı qazanırlar.

Açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev, Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımov iştirak etdib.

Türkiyə, Gürcüstan, İran, Türkmənistan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçirilir. Düşərgəyə qatılan gənclər isə burada yaradılmış şəraitdən, eləcə də beynəlxalq səviyyəli məşqçilər tərəfindən keçirilən təlimlərdən razılıq ifadə ediblər.

Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas mərasimdə çıxışı zamanı bildirib ki, Beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil, çünki, FAIREX tərəfindən Azərbaycanda ekstremal idman növlərinin inkişafı istiqamətində xeyli işlər görülüb.

Xatırladaq ki, düşərgədə təlimlər avqustun 23-dək davam edəcək və sonda iştikarçılara sertifikatlar veriləcək. 

 
Oxunub: 4146
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 8 Onlayn
» 45 Gün
» 917 Həftə
» 4265 Ay
» 69481 İl
» 157458 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub