fairex.az
ENG
RUS
14.12.2019
Beynəlxalq Gənclər Düşərgəsi fəaliyyətini yekunlaşdırdı
 24/8/2015 

 Azərbaycan Hava və Ekstemal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi ilə Qusarın Ləzə kəndində təşkil olunan Marşrutqurma və Bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi işini müvəffəqiyyətlə başa vurub.

İdman qayayadırmanması sahəsində təcrübəsi olan 50 nəfərdən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib. Düşərgədə idmançılar idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üzrə biliklərə yiyələnib, nəzəri və praktik məşğələlərdə iştirak edib. Təlim müddətində, eyni zamanda Gürcüstan, İran, Türkmənistan, Türkiyə, və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya təcrübəsi öyrənilib.

Qeyd edək ki, tədbir çərçivəsində “Qayalarımızı qoruyaq” devizi altında birləşən iştirakçı gənclərin diqqəti xüsusi olaraq ətraf mühitin mühafizəsinə, dağlarımızın qorunmasına, dağçılıqda etik davranışın önəminə yönəldilib, onlarla dağ turizminin inkişafı üçün Azrəbaycanın potensial imkanları ətrafında müzakirələr aparılıb. Tədbir ərəfəsində bir qrup iştirakçı “Qayalarımızı qoruyaq” adlı plakatı Şahdağ zirvəsinə qaldırıb.

Beynəlxalq Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib. Cənab Piter Farkas və digər xarici mütəxəssislər bu tədbirdə FAİREX-in təşkilatçılğını yüksək qiymətləndirib, qeyd edilib ki, Beynəlxalq Düşərgənin Azərbaycanda təşkil edilməsi azərbaycanlı gənclərin dağ idman növlərinə marağının artmasına, dağ bələdçilərinin hazırlıq səviyyəsinin yüksəlməsinə və dağ ekosistemlərinə daha həssas yanaşmalarına şərait yaradacaq.

Tədbirin sonunda təlim iştirakçılarına FAİREX-in və UİAA-nın sertifikatları təqdim edilib.

Oxunub: 3481
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 197 Gün
» 2750 Həftə
» 7253 Ay
» 91613 İl
» 179590 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub