fairex.az
ENG
RUS
03.12.2021
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatdı
 5/10/2015 

 Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

 100-ə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.
Yarışın sonunda qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Qeyd edək ki, FAİREX tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.
Çempionatın nəticələrini təqdim edirik:
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramel (FAİREX “Qafqaz”)
2. Şıxrəhimov Qalib (FAİREX “Laza”)
3. Qədirli Qorxmaz (FAİREX “Şəki A.M.A”)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Səfərova Sima (FAİREX “FHN”)
2. Hüseynova Könül (FAİREX “Kyanit”)
3. Əhmədova Leyla (fərdi idmançı)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramel (FAİREX “Qafqaz”)
2. Rəhimxanov Rinat (FAİREX “Qafqaz”)
3. Şıxrəhimov Qalib (FAİREX “Laza”)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Səfərova Sima (FAİREX “FHN”)
2. Əhmədova Leyla (fərdi idmançı)
3. Atluxanova Lalə (FAİREX “Salavat”)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “FHN” komandası I, “Şəki A.M.A” komandası II, “Gömrükçü” komandası isə III yerə çıxıb.

Oxunub: 4287
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 33 Gün
» 727 Həftə
» 385 Ay
» 32369 İl
» 236648 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub