fairex.az
ENG
RUS
20.11.2019
Maqnezium karbonatın istifadəsi

 Dırmanma zalına ilk dəfə daxil olan birinin diqqətini çəkən şeylərdən biri idmançıların əllərindəki ağ tozdur. Bu toz bütün tutacaqların üzərində və zalın hər yerində görülür. Bu yazımızda təkcə dırmanmada deyil , atletikada, qida sənayesində və bir sıra başqa sahələrdə istifadə olunan həmin tozdan danışacağıq.

 Elmi adı “magnezium karbonat” olan tozun kimyəvi tərkibi MgCO3 kimidir. Əsas funksiyası hiqroskopik (hygroscopic) olmasıdır, yəni olduğu mühitdəki su molekullarını azaldaraq quruluq meydana gətirir. Bu xüsusiyyətinə görə sənayedə ilk dəfə 1911-ci ildə Amerikanın duz şirkəti “Morton Salt Company” tərəfindən duza qatılmaqla istifadə olunmuşdur. Bununla duzun rütubət çəkərək bərkiməsinin qarşısı alınmış və axıcılıq əldə edilmişdir.

Hazırda magnezium karbonat dırmanmada, atletikada, gimnastikada, qida sənayesində və s. Istifadə olunur. Qida sənayesində E504 beynəlxalq kodu ilə qeyd olunur. Qida kimi zəhərli deyildir və bilinən tək yan təsiri yüksək dozada qəbul edilərsə, ishala səbəb olmasıdır.

İdmanda magnesium karbonata “gimnastik təbaşir” və ya sadəcə “təbaşir” də deyilir. İstifadəsində əsas məqsəd əldəki təri udaraq qurutması, istifadə olunacaq alətləri daha dəqiq tutmağa kömək etməsidir. İdmanda istifadəsinin hansı tarixdən başlaması, Beynəlxalq Olimpiya Komitəsinin hansı tarixdən istifadəsinə icazə verməsi kimi məlumatlar tapa bilmədik. Odurki, bu barədə akademik çalışmaları olan peşəkar dostlarımız bizə yazsalar, ictimaiyyətə daha dolğun məlumat verə bilərik.

Dırmanıcıların əksəriyyətində təbaşir torbası olur. İçərisində toz halda magnezium karbonat olan torba çətinlik dırmanmalarında (lead climbing) belə bağlanır və dırmanma müddətində lazım olduqca istifadə olunur. Toz forma ən geniş yayılmış istifadə formasıdır. Lakin ondan istifadə edilən xüsusilə qapalı zallarda havada duman kimi qalır və nəfəs aldıqca ağ ciyərlərə gedərək bəzi narahatlıqlar yarada bilir. İkinci forması bərk qəlib haldır. Bu həm olduğu kimi ələ sürtməklə, həm də toz hala gətirməklə istifadə oluna bilir. Üçüncü forma təbaşir toplarıdır. Bu içərisi təbaşirlə dolu parça toplardır. İstifadə zamanı toz formada olduğu kimi ətrafa dağılan təbaşir buludu olmadığından istifadəsi daha üstün tutulur. Dördüncü maye formadırki, ən üstünü sayılır. Qabda maye halda saxlanılan təbaşir ələ vurulan zaman quruyaraq daha uzun müddət tərləmənin qarşısını alır. Çətinlik dırmanmaları 6-8 dəqiqə davam etdiyindən idmançı toz təbaşirdən bir neçə dəfə istifadə etməli olur. Bu həm vaxt itkisi, həm də marşrutda dayanma üçün əlverişsiz hal yarada bilər. Buna görə çətinlik dırmanmalarının əvvəlində istifadə olunur və dırmanmanın sonuna qədər təsirini saxlayır. Hazırda hər dörd formada istehsal onunan magnezium kabonatın qiyməti formasına və markasına görə dəyişir. Həmçinin, dağçılıq ləvazimatları istehsal edən böyük firmalar müxtəlif ölçüdə, rəngdə, formada təbaşir torbaları istehsal edirlər. Dünyada böyük bir sənayesi olduğu halda, hələki yerli istehsal gimnastik təbaşir tapmaq mümkün deyil. Dırmanma və dağçılıq ölkəmizdə inkişaf etdikcə, həm dağçılığın texniki ləvazimatları, həm də dırmanma sahəsində lazımi ləvazimatların istehsalının başlamasını və sanayesinin meydana gələcəyini gözləyirik. 

 

 

Müəllif : FƏRİD MUSTAFAYEV

Oxunub: 2646
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Kitabxana
Bloqlar
Linklər
klublardan xəbərlər
Xatirələr
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 127 Gün
» 863 Həftə
» 4871 Ay
» 80660 İl
» 168637 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub