Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası özündə ən çətin və ekstremal idman növlərini birləşdirir. Bu növləri seçənlər qar-buz uçqunları, sürüşmələr, çovğun, hündürlükdə oksigen çatışmazlığı, mənfi temperatur kimi əngəllərlə, həyatı təhlükələrlə üzləşirlər. Amma bütün bunlar bizi qorxutmur. Ekstremal idman növlərinin gözəlliyi məhz onun təhlükələrlə üzləşməsindədir. |