Ənənəyə sadiq qalaraq Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə növbəti kütləvi yürüş təşkil edilir. 9, 10, 11, 12 dekabr 2017-ci il tarixlərində baş tutacaq yürüşün həyata keçirilməsi üçün Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanmış və bu müraciətə əsasən Şahdağ Milli Parkında də yerləşən 3751 m hündürlüyə malik zirvəyə yürüşün təşkili üçün müvafiq icazə alınmışdır. Həmçinin Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də tədbirin yüksək məramı nəzərə alınaraq, qeyd olunan tarixlərdə “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcəkdir. Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılardan və klublardan xahiş olunur ki, sənədləşmənin aparılması üçün 01 dekabr 2017-ci il tarixinədək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət etsinlər.
|