İyulun 12-dən 19-dək Gürcüstanın Lentexi şəhərində idman dırmanması üzrə Gürcüstanın açıq çempionatı keçirilib.Yarışda ölkəmizi yığma komandanın 7 üzvü- Rinat Rəhimxanov, Leyla Əhmədova, Sima Səfərova, Aysel Sultanova, Çingiz Tağızadə, Fərid Şahbazov, Gülbala Səfərov təmsil ediblər. Çətinlik və sürət üzrə keçirilən yarışda komandamızın üzvləri uğurla çıxış ediblər. Komandamız ümumi hesabda birinci pillədə qərarlaşaraq Gürcüstan kubokuna layiq görülüb. Çətinlik üzrə yarışlarda Rinat Rəhimxanov və Leyla Əhmədova bürünc medallar qazanıblar. Sürət üzrə komanda yarışlarında yığmamız ikinci olub |