fairex.az
ENG
RUS
23.9.2019
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb
 8/2/2016 

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 06-07 fevral tarixlərində keçirdiyi IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb.

 Yüksək səviyyədə təşkil olunan Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra Çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın nəticələrini təqdim edirik:
Oğlanlar:
1.Rinat Rəhimxanov (Qafqaz İdman Klubu) - I yer
2.Ramay Rəhimxanov (Qafqaz İdman Klubu) - II yer
3.Rauf Zeynalov (Delfin İdman Klubu) – III yer
Qızlar:
1.Leyla Əhmədova (Qafqaz İdman Klubu) - I yer
2.Fidan Novruzova (Qərb Universteti İdman Klubu) - II yer
3.Süsən Əliyeva (Rock Stoun İdman Klubu) - III yer

Oxunub: 3199
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 15 Gün
» 15 Həftə
» 4795 Ay
» 70011 İl
» 157988 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub