fairex.az
ENG
RUS
23.9.2019
İdman dırmanması (boldrinq) üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb
 7/11/2016 

 5-6 noyabr 2016- ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “Clim Baku” İdman Dırmanma Mərkəzində keçirilən İdman Dırmanmasının boldrinq növü üzrə Açıq Respublika Çempionatı başa çatıb.

 Çempionatda müxtəlif regionlardan olan klubları təmsil edən 80-dən çox idmançı iştirak üçün müraciət edib. Yarışın birinci günü hər iki kateqoriya üzrə kvalifikasiya mərhələləri keçirilib, bu mərhələləri müvəffəqiyyətlə keçən idmançılar finala vəsiqə qazanıblar. Yarışın ikinci günü yarımfinal və final mərhələlərində idmançılar birincilik uğrunda qızğın mübarizəyə qoşulublar. Boldrinq üzrə Açıq Respublika Çempionatının sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının medal və sertifikatları ilə təltif olunublar.
Çempionatın qalibləri:
Oğlanlar Gənclər
1-ci yer-Filyayev Stanislav-“Gömrükçü” İdman Klubu
2-ci yer-Əliyev Gəray - “Ekosport” İdman Klubu
3-cü yer-İbrahimli Qurban - “Qafqaz” Dağçılıq İdman Klubu
Abdullayev Fuad-“Qafqaz” Dağçılıq İdman Klubu
Qızlar Gənclər
1-ci yer-Babayeva Fəridə-“Ekosport” İdman Klubu
2-ci yer-Kərimova Mələk-“Gömrükçü” İdman Klubu
3-cü yer- Əzizova İndira-“Zirvə” Dağçılıq İdman Klubu
Oğlanlar Böyüklər
1-ci yer-Rinat Rəhimxanov -“Qafqaz” Dağçılıq İdman Klub
2-ci yer- Fərhadov İftixar-“Qafqaz” Dağçılıq İdman Klubu
3-cü yer-Şahbazlı Fərid - “Gömrükçü” İdman Klubu
Qızlar Böyüklər
1-ci yer-Səfərova Sima-“FHN” İdman Klubu
2-ci yer-Əhmədova Leyla - “Qafqaz” Dağçılıq İdman Klubu
3-cü yer-Sultanova Aysel - “Gömrükçü” İdman Klubu
Komanda hesabı:
Gənclər
1-ci yer - “Gömrükçü” İdman Klubu – 1 qızıl, 1 gümüş
2-ci yer - “Qafqaz” Dağçılıq İdman Klubu – 2 bürünc
Böyüklər
1-ci yer-“Qafqaz” Dağçılıq İdman Klubu-1 qızıl, 2 gümüş
2-ci yer - “Gömrükçü” İdman Klubu – 2 bürünc
Yarışda iştirak edən komandalar:
Bakıdan: “Kyanite” İdman Klubu
“Ekosport” İdman Klubu
“Qafqaz” Dağçılıq İdman Klubu
“Qərb Universiteti” İdman Klubu
“Gömrükçü” İdman Klubu
“FHN” İdman Klubu
“Medicus Ekstrim” İdman Klubu
Qusardan: “Salavat” Dağçılıq İdman Klubu
“Zirvə” Dağçılıq İdman Klubu
Gəncədən: “Kərəz” Dağçılıq İdman Klubu
Yardımlıdan: “Kəmərqaya” İdman Klubu
Qaxdan: “Ekstremal” İdman Klubu
Şəkidən: “Şəki A.M.A” İdman Klubu

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının
Mətbuat Xidməti

Oxunub: 2538
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 1 Onlayn
» 28 Gün
» 28 Həftə
» 4808 Ay
» 70024 İl
» 158001 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub