“ClimBaku” İdman Dırmanma Mərkəzində keçirilən Çempionatda yaşı 18-dən yuxarı şəxslər iştirak edib. Azərbaycanın bölgələrini təmsil edən komandaların iştirak etdiyi və Beynəlxalq Dırmanma və Dağçılq Federasiyasının (UIAA) qaydaları əsasında keçirilən Çempionata ümumi rəhbərliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edib. Yarışın bilavasitə keçirilməsi Gənclər və İdman Nazirliyi və FAİREX tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunub.
Çempionata qatılmaq üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAİREX-in Dağ Komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və Çempionata qatılacaq şəxslər müəyyənləşdirilib.
Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.
Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılıblar.
Çempionatın qalibləri:
Oğlanlar :
1 yer- Rinat Rəhimxanov
2 yer- Ramel Rəhimxanov
3 yer- Xələfov Ravil
Qızlar :
1 yer- Əhmədova Leyla 2 yer- Səfərova Sima
3 yer- Əsməgül Səmədova
|