Gilavar” ekstrim və idman klubu müstəqildir respublika tədbirlərindən başqa nə vaxt hansı dağa, hansı tərkibdə gedəcəklər özləri müəyyənləşdirirlər. O cümlədən ölkə xaricinə gedəndə umumiyyətlə FAİREX ilə razılaşdırmırlar. Ölkə daxilində ona görə FAİREXə müraciət edirlər ki lazım olan icazələri ala bilsinlər.Əfsuslar olsun ki bəzən “dağlara getmək üçün icazə niyə belə çətindir” deyən adamlar indi də müxtəlif spekulyasiyalarla məşğuldurlar. Bunu etməyi onlara məsləhət görmürük. Gilavar klubuna qrupa daxil olan idmançıların təcrübəli olduqları nəzərə alınaraq qış yürüşü üçün müraciətləri qəbul edilib. Yürüşün son günü olan, 25 dekabr tarixində axşam saatlarında marşrutdan qayıtmalı olan qrup üzvlərindən xəbər olmadığını görən Klub rəhbərliyi bu barədə FAİREXi məlumatlandırmışdır.Dərhal 26 tarixində axşam saatlarında xilasetmə qrupu toplanaraq Xınalıq kəndinə yola salınmış, kəndə çatan qrup axşam saatları olduğundan səhər saat 7-00-da xilasetmə əməliyyatına başlamışdır. Xilasetmə əməliyyatlarına 9-00-da Helikopterlə qoşulan FHN əməkdaşları ərazini tanıyan dağçılar da cəlb edilməklə Tufandağ massivinə yuxarıdan vizual müşahidələrin aparılması həyata keçirilmiş, yerdə xilasedicilərin müxtəlif xırda qrupuları tərəfindən Tufandağ marşrutu boyu ərazilərə baxış keçirilərək 3000 m. hündürlüyədək ərazidə dağ massivində axtarış aparılmışdır. Təəssüf ki, bu saatlaradək axtarışlar müsbət nəticə verməmişdir. Axtarışlar səhər erkən saatlarda davam etdiriləcəkdir.
|