Dağıstanda həmkarlarımızla isti münasibətlər yaradılıb, bizim nümayəndə heyəti 2009-cu ilin may ayında orada ekstremal turizm növləri festivalında iştirak etmişdir (bax: “Salam Dağıstan” məqaləsi). Və biz artıq qonşularımızdan yeni 2010-cu ildə də belə bir tədbirdə iştirak etmək üçün dəvət almışıq.
Cənubi Koreyanın ekstremal idman növləri üçün geyim və ləvazimat istehsal edən Kolon firması federasiya ilə əməkdaşlığa meyl göstərir. Belə ki, biz yaxın zamanda mağazamız üçün birinci partiya məhsulun təchiz olunması barədə saziş bağlamağa müvəffəq olduq. Cənubi Koreya idmançıları buzadırmanma turnirində iştirak etməyi planlaşdırırlar.
|