fairex.az
ENG
RUS
18.8.2019
Bütün FAİREX sevərləri qəlbən təbrik edirik!

27 fevral tarixində İndoneziyanın Bali şəhərində İFSC-nin (Beynəlxalq İdman Dırmanma Federasiyası) Assambleyasının Plenar iclasında Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası yekdilliklə bu təşkilatın üzvü seçilmişdir.Bu xəbər özlyündə bir daha ona görə əlamətdardır ki, Beynəlxalq Olimpiya Komitəsinin 20 fevralda Vankuverdə keçirilən yığıncağında qayayadırmanma olimpiya idman növü kimi qəbul olunmuşdur.

Beləliklə İFSC-nin üzvlüyü Azərbaycanda belə cazibədar ekstremal idman növünün inkişaf etdirilməsi və gələcək olimpiya oyunlarında vətənimizi bu idman növündə layiqincə təmsil edəcək yüksək səviyyəli idmançıların hazırlanmasına FAİREX(Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) üçün şərait yaradır.
Qeyd edirik ki, bu üzvlük FAİREX-in qısa müddətdə üzv olduğu ikinci beynəlxalq federasiyadır.(Federasiyanın bu ilin yanvarında FAİ (Beynəlxalq Hava İdmanı Federasiyası)üzvülüyünə qəbul olunması barədə xəbər vermişdik.)
Federasiyanın ekstremal idman növləri üzrə daha bir neçə beynəlxalq federasiyalara üzvlüyü gözlənilir.Federasiyamızın bu təşkilatlara qəbulu hava və ekstremal idman növlərinin ölkəmizdə inkişaf etdirilərək beynəlxalq idman hərəkatına inteqrallaşdırılmasına cəhddən irəli gəlir.
Bu sahədə cəhdlərimiz artıq öz nəticələrini verir.Artıq bu ilin əvvəlində idmançılarımız buzadırmanma üzrə Dünya Kuboku uğrunda yarışlarda iştirak etmiş,fevral ayında isə Azərbaycanda ilk dəfə olaraq buzadırmanma üzrə beynəlxalq yarış keçirilmişdir.
İndi FAİREX yenə ölkəmizdə ilk dəfə qayayadırmanma üzrə beynəlxalq tədbirin keçirilməsini planlaşdırır.Artıq İFSC-nin üzvü statusunda bu tədbirin federasiya tərəfindən beynəlxalq təşkilatın tərəfdarlığı ilə keçirilməsi nəzərdə tutulur.

Oxunub: 5111
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Tarix
Əməkdaşlıq
Klublar
Virtual bülleten
Əlaqə
Komissiyalar
Sayt xəritəsi
Üzvlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 1 Onlayn
» 54 Gün
» 1274 Həftə
» 3742 Ay
» 62302 İl
» 150279 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub