Baş Assambleyanın gündəliyinə əsasən dağlarda daldalanacaqların (komaların) inkişaf etdirilməsi və dağ mədəniyyətinə həsr olunmuş seminarlarla yanaşı bir sıra təşkilati məsələlər də müzakirə olunmuşdur. Baş Assambleyanın işində Federasiyanın Prezidenti başda olmaqla FAİREX-in 3 nəfər nümayəndəsi iştirak etmişdir. Federasiya nümayəndələri əsas mövzular üzrə keçirilən hər iki seminarlarda FAIREX-in bu sahələrdə apardığı fəaliyyəti üzrə çıxışlar etmiş və video materiallar nümayiş etdirməklə yanaşı fasilə zamanı iştirakçılar üçün federasiyanın reklam məhsullarının sərgisini təşkil edərək nümayəndələrə video disklər hədiyyə etmişlər. Bütün dağsevərlərə bildiririk ki, nəhayət Azərbaycanın da adı bundan sonra UİAA üzv dövlətləri arasında olacaqdır. Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyası ilə yanaşı Alpinizm Federasiyası da bu təşkilatın üzvlüyünə qəbul olunmuşdur. Baş Assambleyanın işi barədə ətraflı və maraqlı məlumatları bizi izləyənlərə nümayəndələrimiz Bormiodan qayıtdıqdan sonra təqdim edəcəyik. |