fairex.az
ENG
RUS
18.8.2019
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları “Heydər zirvəsi”nə yürüş edib
 9/5/2009 

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Ümummilli Lider H.Əliyevin 86 illiyi ilə əlaqədar 7 may 2009-cu il tarixdə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşə başlayıb.

Federasiyanın 3 idman klubunun (Salavat, Qərb Universiteti və Ekosport idman klubları) 20 nəfərdən ibarət ekspedisiyasının 2009-cu il may ayının 7-də Bakı şəhərindən başladığı yürüş mayın 8-də “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Ekspedisiya üzvləri Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə mayın 9-da günün birinci yarısında qalxaraq Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoymuşlar.
May ayının 10-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu “Heydər zirvəsi”ndən qayıdıb.
Ekspedisiya üzvlərinin verdiyi məlumata görə, tərkibi gənclərdən ibarət olmasına baxmayaraq Qərb Universitetinin İdman Klubu yürüşdə xüsusilə fərqlənib. Onlar qət edilən məsafə boyu bacarıq və yüksək iradə nümayiş etdirib.
 

Oxunub: 3522
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 57 Gün
» 1277 Həftə
» 3745 Ay
» 62305 İl
» 150282 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub