fairex.az
ENG
RUS
19.11.2019
İlk Azərbaycan-Antarktida ekspedisiyası
 14/1/2009 

 

2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu 30 dekabr tarixdən Çilinin Punta Arenas şəhərindən Antarktidadakı Patriot-Hills stansiyasına doğru istiqamət götürüb.

 

Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olub və yalnız ekspedisiyanın 12-ci günü dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatıb.
Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri və digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni 12 yanvar 2009-cu il tarixində Bakı vaxtı ilə saat 11-00-da Vinson dağının zirvəsinə sancıblar.
Ekspedisiya qrupu Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub qütbünə doğru irəliləməkdə davam edib.
Cənub qütbünə olan 115 kilometrlik məsafəni qət edərkən ekspedisiya üzvləri ayaq xizəyi və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə ediblər.
Cənub qütbünə doğru irəliləyən qrup üzvləri gün ərzində orta hesabla 10-12 km məsafəni qət edə biliblər. Amma son 2 gündə hava şəraitinin nisbətən mülayim keçməsi səbəbindən gün ərzində 15 km yol getməyə müvəffəq olublar. Ekspedisiyanın keçdiyi ərazilərdə dəyişkən hava şəraiti hökm sürüb və orta temperatur təxminən mənfi 35-40 dərəcəyə bərabər olub.
Dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə buz üzərində addımlayan ekspedisiya üzvləri öz ərzaq ehtiyatlarını və digər yüklərini kirşə vasitəsi ilə arxalarınca aparıblar.
Qeyd edək ki, ekspedisiyanın hərəkət sürəti bilavasitə hava şəraitindən asılı olub. Belə ki, daha aşağı temperaturda (mənfi 42-44 dərəcə) təxminən 8-9 saat ərzində 10-11 km hərəkət etməyi bacaran ekspedisiya üzvləri nisbətən mülayim hava şəraitində (mənfi 27-28 dərəcə) daha çox, təxminən 15 km məsafə qət edə biliblər. Qalan saatlarını isə onlar itirilmiş enerjilərinin bərpasına sərf ediblər.
Ekspedisiya üzvlərinin verdiyi məlumata görə, Cənub qütbünə doğru hərəkət etdikləri müddətdə qeydə alınan ən yüksək temperatur mənfi 28, ən aşağı temperatur isə mənfi 44 dərəcə olub.
Hər bir insan gündəlik fəaliyyəti zamanı orta hesabla 1600 kkal enerji sərf etdiyi halda, soyuq hava şəraitində və qeyri-adi vəziyyətdə Cənub qütbünə doğru irəliləyən “Azərbaycan-Antarktida” ekspedisiyasının üzvləri isə gün ərzində təxminən 6000 kkal enerji itirib.
Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq 2009-cu il yanvar ayının 26-da Cənub qütbünə çatmağa müvəffəq olub.
Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhələri 2009-cu ilin 26 yanvar tarixində isə Cənub qütbünə sancıb.
Cənub qütbünün yaxınlığındakı Amerikanın “Amundsen-Scott” bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrup olub.
“Azərbaycan-Antarktida” ekspedisiyası zamanı Punta Arenas şəhərindən Patriot-Hills stansiyasına doğru doğru irəliləyən ekspedisiya üzvləri buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparıb və yol boyu 2 kiloqramadək qiymətli geoloji nümunələr götürüb.
Cənub qütbünün 34 kilometrliyində çətin hava şəraitinə baxmayaraq ekspedisiya qrupu öz elmi proqramını yerinə yetirməyə çalışaraq meteoroloji və iqlimlə bağlı 459 müşahidə-ölçmə işləri aparıb.
Bununla da, ekspedisiyanın elmi, idman, siyasi, rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri 100 faiz yerinə yetirilib.
 

Fotolara bax

 

 

Oxunub: 9069
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 1 Onlayn
» 167 Gün
» 639 Həftə
» 4647 Ay
» 80436 İl
» 168413 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub