fairex.az
ENG
RUS
18.8.2019
Azərbaycan-Kilimancaro 2009
 21/8/2009 

 

10 avqust 2009-cu il tarixində Bakıdan yola düşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi I Azərbaycan Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürdü..

Ekspedisiya “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilib.
Qeyd edək ki, Kilimancaro Afrikanın ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərqində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək “Yeddi zirvə”sindən biridir.
Kilimancaro dağı Ekvatora yaxın olduğu üçün zirvəyə qalxan insan burada yer üzündə mövcud olan bütün iqlim növlərini hiss edə bilir.
Elmi, siyası, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiya elm adamları ilə bərabər idmançılardan da ibarət olub. Dağçılıq üzrə milli yığmamızın tərkibində Federasiyanın “Salavat” İdman Klubunun rəhbəri İlqar İsrafilov, “A+A” İdman Klubunun rəhbəri Adil Fərəcullayev və həkim, dağ idmançısı Eldar Ələkbərov yer alıblar.
Eyni zamanda yığmaya tanınmış idmançı Yaqub Əsədov da daxil edilib.
Bundan başqa ekspedisiyanın tərkibində bioloq-mütəxəssis Azərçin Muradov (Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı) və Federasiyanın fəalı, səlnaməçi-operator Teymur Nəcəfzadə də olub.
Xatırladaq ki, bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci uzaq məsafəli yürüşdür.
16 avqust 2009-cu il tarixində ekspedisiya qrupu dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü başa çatdırıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri üzrə Azərbaycan Milli Yığma Komandasının üzvləri Azərbaycan bayrağını, eləcə də Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki mən Azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırmışlar.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya Azərbaycanın dövlət bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan ilk qrup olub.
Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan – Kilimancaro 2009” ekspedisiyası qarşıya qoyulmuş bütün vəzifələri uğurla başa vuraraq 20 Avqust 2009-cu il tarixində vətənə geri dönüb.
Müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hər sahədə müşahidə olunan inkişaf tempi sadəcə regionda deyil, bütün dünyada maraqla izlənir. Azərbaycan dinamik inkişafı ilə gündən-günə simasını dəyişir, qabaqcıl ölkələr sırasına daxil olaraq güclü bir dövlətə çevrilir. Hər sahədə hədəfi zirvələr olan Azərbaycan, bayrağının Kilimancaro dağının ən uca zirvəsi Uhuruya sancılması bütün sahələrdə gedən proseslərin simvolik bir davamıdır.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti H.Bağırov ekspedisiya qrupunun Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünün nəticələri ilə bağlı Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında mətbuat konfransı keçirib. Federasiyanın prezidenti Kilimancaro dağına yürüşlə bağlı ətraflı məlumat verərək yürüşün elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıdığını bildirib.
Mətbuat konfransından sonra ekspedisiya qrupunun Uhuru zirvəsinə yürüşü ilə bağlı foto şəkillərdən ibarət slayd və qısa videoçarx nümayiş etdirilib.
Sonda H. Bağırov jurnalistlərin suallarını cavablandırıb.

 



 

Foto

Oxunub: 6625
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 6 Onlayn
» 49 Gün
» 1269 Həftə
» 3737 Ay
» 62297 İl
» 150274 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub