fairex.az
ENG
RUS
19.11.2019
Yeni marşrutlar işlənilir
 25/8/2010 

        Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyasının inkişaf planına uyğun olaraq 17-22 avqust tarixlərində federasiyanın ekspedisiya qrupu Şahdağ milli parkının yüksək dağ ərazilərinə tədqiqat yürüşü etmişlər.

         17 avqustda Doqquzul- Qızılqaya massivinin zirvəsinə yeni yürüş yolları variantlarının müəyyənləşdirilməsi məqsədilə Doqquzul massivi qayalarının ətəyinə bir günlük çıxış olmuşdur. Yürüş planı ardıcıllığına uyğun olaraq Şahdağ sirkinə alternativ yolla çıxmaq nəzərdə tutulurdu. Bizim marşrut üzrə Qoçkəsmə keçidindən keçərək, dairəvi silsilənin altına çıxaraq (Şahdağ divarının ikinci qatı) Şahdağ sirkinə çıxmaq olar. Bu marşrut iki il bundan əvvəl keçilmişdir, biz xronometraj keçirərək keçilən yolun daha dəqiq xəritəsini tərtib etmək, bu marşrutun təhlükəsiz və idman məntiqi planında məqsədə uyğunluğunu müəyyənləşdirməyi nəzərdə tuturduq. Faktiki olaraq yuxarı Şahdağ sirkinə marşrutun bu variantı Şahdağ massivindəki əsas zirvələrə yürüş üçün ən qısa yoldur.

          18 avqustda Qoçkəsmə keçidini keçdikdən sonra biz böyük mağaranın yaxınlığındakı şəlalənin yanında düşərgəmizi saldıq. Həmin gün ümumi olaraq 1000 metr yüksəkliyə qalxmışdıq. Sərt- tökmə cığırın yuxarı hissəsinin keçilməsində texniki çətinlik yaranırdı. Orada fotomateriallar çəkilmiş və mümkün düşərgə yerləri müəyyənləşdirilmişdir.

          19 avqustda Dairəvi Silsilənin “Böyük tökmə meydançasına” qalxıb və “Mərkəzi ara”-nı keçən qrup dairəvi silsilənin yuxarı qalasının qaya divarlarını aşdı. Marşrutun texniki çətinliyi sərt konqlomerativ sahələri, meydanın tökmə yamaclarını və o cümlədən silsilənin sərt qaya-tökmə divarlarının keçilməsində yaranırdı. Marşrutun bu sahəsi nisbətən texniki mürəkkəb və təhlükəli sayılır. Əyri qayaların ətəyində yüksək miqdarda səpələnmiş daşlar ciddi təhlükə yaradır. Bu yerin hündürlüyü 70 metrə yaxındır. Qaya divarlarının keçilməsi qısa sahələrlə 2-3-cü dərəcəli mürəkkəb dırmanma ilə nəzərdə tutulur. İştirakçıların təhlükəsizliyini dəbilqədən və qısa kəndirlərdən istifadə etməklə təmin etmək olar. Texniki mürəkkəb sahəni müvəffəqiyyətlə keçərək biz dairəvi silsilənin cənub tərəfindən Şahdağ sirkinə düşdük. Şahdağ sirki araşdırıldı. Avtomatik meteostansiyanın şəkilləri çəkildi.

          20 avqustda şərqi Şahdağ aşırımını keçdik. Aşırımın gəzdəyindən buzlağa çıxış aşkar edildi. Buzlağın təxmini ölçüləri və fotoşəkilləri çəkildi. Aşırımdan düşərək biz Şahdağın şimal divarına yaxınlaşdıq və Ay-yaylaqdakı qərbi sirkdə düşərgə qurduq.

          21 avqustda Yarıdağ (4116 m) zirvəsinə ilk keçilən marşrutla Bakı Turist klubunun aşırımından keçərək şərq yamacı ilə qalxdıq.

          22 avqustda havanın qəfil pisləşməsi ilə Tahircal çayının dərəsinə enərək Arcan kəndinə çıxan yola düşmək qərarına gəldik.

Nəticə: Bu marşrut hazırlıqlı idman turist və alpinist qruplarının Şahdağ massivinin şimal yamac və qollarına yürüşü və yüksək dağ piyada hərəkəti, o cümlədən Şahdağ və Yarıdağ zirvələrinə yürüşü üçün istifadə oluna bilər. Ekspedisiya ərzində tərəfimizdən müxtəlif heyvanlar, quşlar, həşəratlar və bitkilər müşahidə olunmuş, düşərgə imkanları olan yerlər müəyyənləşdirilmiş, zirvəyə yürüş və aşırımları keçmə marşrutları, yaxınlaşma yolları və cığırları tədqiq edilmişdir.

Oxunub: 9660
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 166 Gün
» 638 Həftə
» 4646 Ay
» 80435 İl
» 168412 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub