İştirakçılardan birinin sözlərinə görə, rekord tullanışının təşkilini Madsquirrels komandası öz üzərinə götrüb. Bu nadir hadisə Tverə Yekaterinburqdan, Permdən, Sankt-Peterburqdan, Moskvadan və Rusiyanın digər şəhərlərindən olan insanları özünə cəlb etmişdir. Hər bir iştirakçı öz şəxsi avadanlığı ilə festivala gəlib. Körpüdən tullanışı icra edərkən işin təşkilinə Madsquirrels-Dəlisov dələlər komandası ümumi nəzarəti həyata keçirib. 2010-cu ildə kütləvi tullanışda 66 nəfər, bir il sonra-100 nəfər, 2012-ci ildə, yəni bu il isə rekord sayda- 133 nəfər iştirak edib. Başlanmazdan öncə qeydiyyat aparılmış, işin təşkili ilə bağlı məşqlər və bütün hazırlıqlar tamamlanmışdı. Bundan sonra hamı körpüyə gəlmiş sistemlərini ipə bərkidərək komanda şəklində tullanışı icra etmişdir. Bu dəfə heç bir bədbəxt hadisə baş verməmişdir. |