Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dağçılarından ibarət ekispedisiya qrupu Qafqaz dağlarının ən hündür zirvəsi olan“ Elbrus ” zirvəsinə ( 5642m) təşkil olunmuş yürüşü uğurla başa vurmuşlar.Federasiyamızı bu yürüşdə Babək İsgəndərov və Rinat Rəhimxanov təmsil ediblər.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə çoxsaylı beynəlxalq idman tədbirlərində iştirak edən Milli Komandamız artıq öz bacarıqları ilə mütəmadi olaraq Azərbaycanın adını və bayrağını zirvələrə yüksəltməkdədirlər. |