Kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) keçirilən ümumrespublika yarışının qaliblərinə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Qeyd edək ki, FAİREX tərəfindən mütəmadi olaraq dağçılıq və ekstremal idman növləri üzrə keçirilən müxtəlif növ çoxsaylı çempionatlar idmançıların daha çox təcrübə toplaması, yarış texnikalarının təkmilləşməsi, bu idman növlərinin populyarlaşdırılması, dağ idman növləri üzrə idman dərəcələrinin verilməsini stimullaşdırmaq və milli dağçılıq ənənələrinin inkişafına nail olmaq məqsədi güdür.
Çempionata qatılan idmançılar aşagıdakı uğurları qazanıblar.
Qadınlar arasında Çətinlik növü üzrə qayayadırmanma yarışının nəticəsi :
1. Sima Səfərova (FHN İSK)
2. Diana Hanina (Tornado İK)
3. Fatimə Səfərzadə (Qərb U.İK)
Kişilər arasında Çətinlik növü üzrə qayayadırmanma yarışının nəticəsi:
1. Ravil Xələfov (Climbers İK)
2. Zöhrab Şahbalayev (Ekosport İK)
3. Tərlan Həsənzadə (Şəki Ama İK)
Kişilər arasında Sürət növü üzrə qayayadırmanma yarışının nəticəsi:
1. Zöhrab Şahbalayev (Ekosport İK)
2. Ravil Xələfov (Climbers İK)
3. İlham İsrafilov (Salavat İK)
Komanda hesabı üzrə nəticələri:
I yer - “Qərb” universiteti idman klubu
|