İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI
10/10/2017
28-29 oktyabr 2017-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən CLIMBAKU Dırmanma Mərkəzində “İdman Dırmanmasının Bolderinq növü Üzrə Açıq Ölkə Çempionatı” təşkil olunacaq .14 yaş və yuxarı yaşlı şəxslər iştirak edə bilər.Yarışda iştirak etmək üçün ərizələr 26 oktyabr 2017 –ci il tarixinə kimi federasiyanın ofisinə və ya skan edilmiş formada elektron poçt vasitəsi ilə ( yarışa gələrkən ərizənin əsli təqdim olunmaq şərti ilə ) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirakla bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət edilə bilər. Yarış barədə əlavə məlumatlar federasiyanın www.fairex.az saytında yerləşdiriləcəkdir. Yarışın təşkili və keçiriməsi ilə bağlı bütün xərclər ( texniki ləvazimatların təşkili) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün lazım olan digər xərclər ezam edən təşkilat yada iştirakçı şəxslər tərəfindən ödənilir .