Litvalı pilot Yurgis Kayrisin təşəbbüsü ilə oktyabr ayının 23-də Riqada dünyanın ən yaxşı 9 pilotu arasında Elit Аerobatika üzrə Formula yarışması təşkil olunub.İdmançıların bacarıqları və manevrləri yarışmaya baxanları heyrətə gətirib.2 uçuş mərhələsindən ibarət yarışmanın qalibi çexiyalı Martin Sonka olub.2-ci yeri ABŞ idmançısı Cef Boerbun ,3-cü yeri isə Rusiyalı Svetlana Kapanina tutub. |