Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş bir ənənəyə çevrilib. Respublikanın müxtəlif bölgələrindən, müəssisə, idarə və təşkilatlardan bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.
|