Oktyabrın 1-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib.
Festival ilə əlaqədar Gəncə şəhərində dırmanma divarı tikilmişdir. FAIREX-in Kəpəz klubu və Şəki AMA klubunun rəhbərləri divarın hazırlanmasında yaxından iştirak etmişdir. Festival müddətində dırmanma idman növü gənclər tərəfindən maraqla qarşılanmışdır. Açılışda FAIREX-in Kəpəz İdman Klubunun rəhbəri “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bayrağı ilə sərbəst eniş etmişdir. |