Bu gün 28 Avqust tarixində axşam saatlarında FAIREX-in dırmanma üzrə yığma komandası Azərbaycanı təmsil etmək üçün Gürcüstana yola düşmüşdür. Avqustun 31-dən sentyabrın 5-dək Gürcüstanın Svaneti vilayətində yerləşən Mestia şəhərində idman dırmanması üzrə əfsanəvi dağçı Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. İdmançılar suni divarlarda sürət və çətinlik, eləcə də təbii qayalarda keçiriləcək fərdi yarışlarda qüvvələrini sınayacaqlar. Yarışda Azərbaycanın 9 (3 qadın,5 kişi) idmançısı yığma komandanın tərkibində çıxış edəcək. |