fairex.az
ENG
RUS
19.11.2019
Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil ediləcək
 14/8/2015 

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə Azərbaycanda 16-23 avqust 2015-ci il tarixlərində Beynəlxalq Gənclər Düşərgəsi təşkil edəcək.

Marşrutqurma və bələdçilik üzrə təşkil olunması planlaşdırılan Beynəlxalq Gənclər Düşərgəsi Qusarın Ləzə kəndində qurulacaq. İdman qayayadırmanması sahəsində müəyyən təcrübəsi olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək. Eyni zamanda iştirakçılar Azərbycanın təbiət gözəllikləri, ölkənin dağçılıq turizminin inkişafı perspektivləri və mövcud potensialı ilə yerində, əyani tanış olmaq imkanı qazanacaq. Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçiriləcək.

Bu tədbirlə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri, dağ idman növlərinə marağı olan gənclər Beynəlxalq Düşərgədə aktiv iştirak etməklə ölkədə qısa zamanda geniş yayılaraq populyarlaşan dağçılıq idmanının inkişafına öz töhfələrini vermiş olacaq.

Qeyd edək ki, tədbirdə Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkasın iştirakı da gözlənilir. 

Oxunub: 3853
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 59 Gün
» 531 Həftə
» 4539 Ay
» 80328 İl
» 168305 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub