fairex.az
ENG
RUS
08.12.2019
Hava şəraiti ilə əlaqədar Buzadırmanma Çempionatının keçirilmə vaxtı dəyişdirilib
 28/1/2016 

30-31 yanvar 2016-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qusarın Ləzə kəndi yaxınlığında donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan Buzadırmanma üzrə 9-cu Açıq Respublika Çempionatının vaxtı ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.
 

Qeyd edək ki, Fairex-in ekspedisiya qrupu yarış qabağı donmuş şəlaləyə baxış keçirib. Baxış zamanı mütəxəsisslər tərəfindən buzun keyfiyyətinin yarışın keçirilməsi üçün məqbul olmadığı qənaətinə gəlinib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Qusar rayonunun Ləzə ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilat komitəsinin yarışla bağlı keçirdiyi yığıncaqda aparılan müzakirələr zamanı Çempionatın əsasnaməsinin 2-ci bəndi rəhbər tutularaq yarış üçün münasib hava şəraiti olduğu təqdirdə Çempionatın keçiriləcəyi barədə qərar qəbul edilib.

 

 

Oxunub: 3211
Sayı : (1)
Göndərən: Elmeddin

inshALLAH mende bu yarishda ishtirak edecem.. yarishin texire salinmasi xeberin eshidende birinci kederlendim amma bilendeki havanin mulayim kecmesine gore texire salinib hava sertleshende kecirilecek onda sevindim. inshALLAH yarishda yaxshi netice gorsederem.. Sumqayit komandasindan Elmeddin Quliyev

29-1-2016  |  21:17
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 24 Gün
» 4094 Həftə
» 4296 Ay
» 88656 İl
» 176633 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub