fairex.az
ENG
RUS
15.12.2019
“Buzadırmanma və Draytulinq üzrə Hakimlik Kursu “ keçirilmişdir
 3/2/2016 

21 - 28 yanvar 2016-cı il tarixlərində “Buzadırmanma və Draytulinq üzrə Hakimlik Kursu “ keçirilmişdir. Dərslər  Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının  (UIAA) 2016-cı il qaydaları əsasında keçirilmişdir. FAIREX-in rəsmi saytında kursla bağlı verilmiş elana müraciətlər edənlərdən 16 nəfər dinləyici seçilmiş və iştirakçılara təcrübəli hakimlər tərəfindən  4 gün ərzində nəzəri və təcrübi dərslər keçirilmişdir. Yekun olaraq 29 yanvar tarixində imtahan keçirilmiş, imtahanda iştirak edən 12 nəfərin 6 –sı 70 baldan yuxarı nəticə göstərərək imtahanı uğurla keçmişdir. Həmin imtahanda 70 baldan az toplayan və iştirak edə bilməyənlər üçün 1 fevral tarixində dəyişilmiş test bankı ilə növbəti imtahan keçirilmişdir. Bu imtahanda iştirak etmiş 5 nəfərin 2-si keçid balını yığmış, iki imtahanın yekunu olaraq ümumilikdə 8 nəfər kursu uğurla tamamlamışdır. 

Imtahan sualları test formasında, yazılı və əvvəlki yarışların nəticələri əsasında götürülmüş real sıralama cədvəlləri formasında olmuş, iştirakçıların kursu mənimsəməsi hərtərəfli yoxlanılmışdır. Kursu uğurla bitirənlərə FAIREX-in gələcək yarışlarında hakim vəzifəsi veriləcəkdir. Növbəti kurslarımızın elanları üçün saytımızı izləyin

 

Aşağıda adları qeyd olunan yeni hakimlərimizi FAIREX adından təbrik edirik

1.Atamoğlanlı Nurlan

2.Quliyev Ruslan

3.Qədirov Qüdrət

4.Kazımov Asim

5.Cəbrayılzadə Fəridə

6.Quliyev Elvin

7.Məmmədova Lalə

8.Xəlilova Səbinə

 

Oxunub: 3089
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 15 Onlayn
» 567 Gün
» 3417 Həftə
» 7920 Ay
» 92280 İl
» 180257 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub