fairex.az
ENG
RUS
09.12.2019
İdman Dırmanması ( Boldrinq) üzrə <ÜMİD> yarışı keçiriləcək
 29/2/2016 

 12 - 13 mart 2016-cı il tarixlərində İdman Dırmanmasıının boldrinq növü üzrə çempionat keçiriləcəkdir. Yarış  CLIMBAKU Dırmanma Mərkəzində , Beynəlxalq İdman Dırmanması Federasiyasının qaydaları əsasında keçiriləcək.  12 yaşdan yuxarı şəxslər iştirak üçün müraciət edə bilər. Son müraciət tarixi 10 martdır. 

 İDMAN DIRMANMASI (BOULDRİNQ) ÜZRƏ
“ÜMİD ” YARIŞININ

ƏSASNAMƏSİ


1. Məqsəd və vəzifələr
Yarış Azərbaycanda idman dırmanmasını geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya qoyur: 
• Məktəbliləri və gəncləri bu idman növünə həvəsləndirmək;
• İdman dırmanmasını kütləviləşdirmək və inkişaf etdirmək; 
• Ekstremal idman növlərinin inkişafına təkan vermək;
• Gənclər və yeniyetmələr arasında idmançı mədəniyyətinin və yarış təcrübəsinin artırılması;
• İstedadlı idmançıların üzə çıxarılması. 


2. Yarışın növü.
Yarış İdman dırmanmasının boulderinq növü üzrə keçiriləcəkdir.


3. Yarışın keçirilmə yeri və vaxtı.
Yarışlar 12-13 mart 2016-cı il tarixində saat 10:00-da Bakı Şəhəri Nobel Prospekti № 61 ünvanında yerləşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ClimBaku İdman Dırmanma Mərkəzində keçiriləcəkdir.

4. Yarışlara rəhbərlik.
Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.




5. Yarış iştirakçıları.
Yarış 12 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə keçirilir. Komandanın tərkibi 3 oğlan, 1 qızdır. 



6. Yarışın keçirilmə şərtləri.
Yarış idman dırmanması üzrə idmançıların cins qrupundan asılı olaraq keçiriləcəkdir. Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır. 
Yarışda beynəlxalq qaydalara əsasən xal hesabına görə idmançıların balları veriləcəkdir, yarışın hər mərhələsi üçün başlanğıc siyahıları da beynəlxalq qaydalara əsasən hazırlanacaqdır. Yarış təsnifat, yarımfinal və final mərhələləri olaraq keçirilir. Yarışın yarımfinal mərhələsində 20, finalda isə 6 idmançı yarışa bilər. 

7. Yarışın proqramı.
12 mart - Təsnifat yarışları 
09.00-09.30 -Qeydiyyat;
09.30-10.00 -Yarışın açılış mərasimi və marşrutların nümayişi;
10.00-17.00 -Yarışın başlanması və başa çatması.

13 mart - Yarımfinal və final yarışları 
10.00 -Yarışın başlanması;
15.00 -Bağlanış mərasimi və mükafatların verilməsi.

8. Yarış qaliblərinin müəyyən edilməsi.
İdman dırmanması yarışının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

9. Yarış qaliblərinin mükafatlandırılması.
Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava 
və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və müvafiq diplomlarla 
mükafatlandırılacaqlar.

10. Yarışın maliyyələşməsi.
Yarışın təşkili və keçirilməsi ilə bağlı bütün xərclər (texniki ləvazimatların təşkili) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün lazım olan digər xərclə ezam edən təşkilat tərəfindən ödənilir.

11. Ərizələrin qəbulu.
Yarışda iştirak etmək üçün ərizələr 10 mart 2016-cı il tarixinə kimi federasiyanın ofisinə və ya skan edilmiş formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən ərizənin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirakla bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal idman Növləri Federasiyasına müraciət edə bilərsiniz.



Ünvan: Bakı şəh.Nobel pr-ti 61 
Tel: (+99412) 424-29-81
E-mail: fairex.info@gmail.com

Oxunub: 3532
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 1 Onlayn
» 58 Gün
» 58 Həftə
» 4561 Ay
» 88921 İl
» 176898 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub