fairex.az
ENG
RUS
24.10.2019
“Heydər zirvəsi”nə kütləvi yürüş mütəşəkkilliklə başa çatıb
 11/5/2016 

Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb. 

 06 may 2016-cı il tarixindən başlayaraq qruplara bölünmüş iştirakçılar təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib.
Artıq xalqın ziyarətgahına çevrilmiş “Heydər zirvəsi”nə Azərbaycanın bütün bölgələrindən çoxlu sayda ziyarətçi qalxaraq dünya şöhrətli şəxsiyyətə olan sevgisini və ehtiramını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.
Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşün iştirakçıları may ayının 10-dək ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Oxunub: 3797
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 1 Onlayn
» 30 Gün
» 717 Həftə
» 4403 Ay
» 75789 İl
» 163766 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub