fairex.az
ENG
RUS
05.12.2019
Azərbaycanda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları keçiriləcək
 13/5/2016 

 14-16 may 2016-cı il tarixlərində Bakı şəhərində Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının illik toplantısı keçiriləcək.

 Tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirə UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq. Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
Xatırladaq ki, Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.
Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu mötəbər qurumdakı mövqeyini daha da möhkəmləndirib. Əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsi nəticəsində Beynəlxalq Federasiya bu il də İdarəetmə Şurasının, Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının illik toplantılarının Bakıda keçirilməsini qərara alıb.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2010-cu ildən etibarən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) tam hüquqlu və ən aktiv üzvlərindən biridir.

Oxunub: 3686
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 206 Gün
» 1933 Həftə
» 2135 Ay
» 86495 İl
» 174472 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub