fairex.az
ENG
RUS
20.5.2019
“Azərbaycan Dağ Bəbiri 7x4000m” layihəsi və iştirakçı idmançılarla görüş keçirilib
 11/7/2016 

 Bakı şəhəri Nobel pr.61 ünvanında Azərbaycan Dağçılıq Federasiyasının baş ofisində “Azərbaycan Dağ Bəbiri 7x4000m” layihəsi üzrə fəxri dağçı titulunun verilməsi ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Federasiyasının (FAIREX) tərəfindən başlanılan layihənin təqdimatı çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Təqdimatda mətbuat nümayəndələrinin sualları cavablandırılmış və layihənin təfsilatları mətbuata çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, layihəyə ilk 16 nəfər qatılmışdır. 24-26 iyun 2016-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Dağ Bəbiri 7x4000m” layihəsi çərçivəsində Azərbaycanın ikinci ən yüksək zirvəsi olan Şahdağ Zirvəsinə (4243 m) yürüş edilib. Layihəyə qatılmaq üçün əvvəlcədən müsabiqə elan edilib, seçim müddətində daxil olan müraciətlər FAIREX-in Dağ Komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və bu idman layihəsinə qatılacaq şəxslər müəyyənləşdirilib. Beləliklə, geniş maraq doğurmuş layihənin ilk yürüşündə çoxsaylı müraciətlər arasında seçilmiş 16 nəfər iştirakçı Azərbaycan Dağçılıq tarixində ilk dəfə bu mötəbər idman titulunu qazanmaq uğrunda aktiv və uzunmüddətli mübarizəyə başlamışlar.
Yürüşün keçirilməsində əsas məqsəd dağ idmanı sahəsi ilə məşğul olan gəncləri həvəsləndirmək, dağ idman növləri üzrə idman dərəcələrinin verilməsini stimullaşdırmaq və milli dağçılıq ənənələrinin inkişafına nail olmaqdır.
Layihə tam başa çatdıqdan sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) tərəfindən dağçılara “Azərbaycan Dağ Bəbiri” döş nişanı və diplomu veriləcək.
Bu layihənin keçirilməsi Milli Dağçılığın inkişafında irəliyə doğru daha bir addım olacaqdır.
 

Oxunub: 3299
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 4 Onlayn
» 61 Gün
» 61 Həftə
» 5706 Ay
» 38689 İl
» 126666 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub