fairex.az
ENG
RUS
20.9.2019
İdman Dırmanması (B) üzrə Açıq Ölkə Çempionatı keçiriləcək
 19/10/2016 

 5-6 Noyabr 2016-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə İdman Dırmanmasının Boldrinq növü üzrə çempionat keçriləcək. Yarış iki yaş qrupu üzrə və iki kateqoriyada keçiriləcək. Yarış ilə bağlı yaranacaq  bütün sualların cavabı aşağıda göstərilmişdir :

 1. Məqsəd və vəzifələr.
Yarış Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya qoyur;
• Məktəbliləri və gəncləri bu idman növünə həvəsləndirmək;
• İdman dırmanmasını kütləviləşdirmək və inkişaf etdirmək; 
• Ekstremal idman növlərinin inkişafına təkan vermək;
• Gənclər və yeniyetmələr arasında idmançı mədəniyyətinin və yarış təcrübəsinin artırılması;
• İstedadlı idmançıların üzə çıxarılması. 

2. Yarışın növü.
Yarış İdman dırmanmasının boldrinq (qısa qaya) növü üzrə keçiriləcəkdir.

3. Yarışın keçirilmə yeri və vaxtı.
Yarış 05 – 06 Noyabr 2016-ci il tarixində Bakı Şəhəri Nobel Prospekti № 61 ünvanında yerləşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına məxsus “CLIMBAKU” İdman Dırmanması Kompleksində keçiriləcəkdir.

4. Yarışlara rəhbərlik.
Yarışın keçirilməsinə ümumi rəhbərliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edəcəkdir. Yarışın keçirilməsi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.

5. Yarış iştirakçıları.
Yarış 14 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə keçirilir. Komandanın tərkibi 3 oğlan, 1 qızdır. 1997-2002 təvəllüdlü idmançılar gənclər kateqoriyasında, digər idmançılar böyüklər kateqoriyası üzrə yarışacaq.

6. Yarışın keçirilmə şərtləri.
Yarış İdman dırmanması üzrə idmançıların cins qrupundan və yaş qrupundan asılı olaraq keçiriləcəkdir. Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır. 
Yarışda beynəlxalq qaydalara əsasən xal hesabına görə idmançıların balları veriləcəkdir, yarışın hər mərhələsi üçün başlanğıc siyahıları beynəlxalq qaydalara əsasən hazırlanacaqdır. Yarış təsnifat, yarım - final və final mərhələləri olaraq keçirilir. Boldrinq yarışının yarım-final mərhələsində iştirak üçün 20, finalda iştirak üçün isə 6 idmançı seçilir. 

7. Yarışın proqramı.
5 Noyabr - Təsnifat yarışları 
10.00-10.30 -Qeydiyyat;
10.30-11.00 -Yarışın açılış mərasimi və marşrutların nümayişi;
11.00-17.00 -Yarışın başlanması və başa çatması.

06 Noyabr - Yarım-final və final yarışları 
10.00 -Yarışın başlanması;
17.00 -Bağlanış mərasimi və mükafatların verilməsi.

8. Yarış qaliblərinin müəyyən edilməsi.
Beynəlxalq İdman Dırmanması yarışlarının qaydalarına əsasən, qalib şəxs hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

9. Yarış qaliblərinin mükafatlandırılması.
Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.

10. Yarışın maliyyələşməsi.
Yarışın təşkili və keçirilməsi ilə bağlı texniki ləvazimatların təşkili Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün lazım olan digər xərclər ezam edən təşkilat tərəfindən ödənilir.

11. Yarışda iştirak üçün müraciətlərin qəbulu.
Yarışda iştirak etmək üçün komandaların sifariş formaları 03 Noyabr 2016-cı il tarixinə kimi federasiyanın ofisinə və ya skan edilmiş formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən sifarişin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirak ilə bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət edə bilərsiniz.
Yarış barədə əlavə məlumatlar FAIREX-in rəsmi veb səhifəsi olanwww.fairex.az saytında yerləşdiriləcəkdir.


Ünvan: Bakı şəh.Nobel pr-ti 61 
Tel: (+99412) 424-29-81
E-mail: fairex.info@gmail.com

Oxunub: 3269
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 24 Gün
» 896 Həftə
» 4244 Ay
» 69460 İl
» 157437 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub