fairex.az
ENG
RUS
17.11.2019
Draytulinq üzrə Ölkə Çempionatı keçiriləcək
 22/11/2016 

 Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Draytulinq üzrə Ölkə Çempinatı keçiriləcəkdir. Çempionatda iştirak üçün 15 dekabr 2016-cıil tarixinə qədər  FAIREX-in ofisinə müraciət edərək qeydiyyatdan keçmək lazımdır. 

 1.     Məqsəd və vəzifələr

 

Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya  qoyur:  

 

 

§  Ekstremal idman növlərinin inkişafına təkan vermək;

§  Gənclərin draytulinq idman növünə daha geniş cəlb olunması;

§  Gənclər arasında perspektivli idmançiların müəyyən olunması və milli   

yığma komandanın təşkili;

§  Benəlxalq yarışlarda iştirak edəcək komanda formalaşdırmaq

 

2.     Yarışın növü.

Yarış Draytulinq növü üzrə keçiriləcək.

 

 

3.      Yarışın keçirilmə yeri və vaxtı.

 

              Yarış 17–18 dekabr 2016 –cı il tarixlərində Bakı şəhəri, Nobel prospekti 61 ünvanında yerləşən  “ClimBaku” Dırmanma Mərkəzində keçiriləcək.

 

 

4.      Yarış iştirakçıları.

 

Yarışlara yaş həddi 18-dən yuxarı şəxslər buraxılır.Yarışlarda iştirak etmək istəyənlər mütləq həkimdən sağlamlıq haqqında arayış təqdim etməlidir. Yarış şəxsi və komandalar üzrə keçirilir. Komandalar idman cəmiyyətlərin, klubları  dövlət, özəl və ictimai təşkilatları təmsil edə bilərlər.Komandaların tərkibi 3 nəfər- 1qadın  2 kişidən ibarət olmalıdır.

 

 

 

5.      Yarışın keçirilmə şərtləri.

 

Yarış çətinlik  dırmanma növü üzrə üzrə və UIAA-nın buzadırmanma və draytulinq üzrə beynəlxalq qaydaları çərcivəsində keçirilir;

 

 

6.Yarışa rəhbərlik.

Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edir.Yarışın bilvasitə keçirilməsi Gənclər və İdman Nazirliyi və FAIREX tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.

 

 

7.Yarışın proqramı.

 

·        17 dekabr

09:30 -10:00  Yarışın açılışı  

10:30  yarışın təsfinat və yarım-final yarışları.

·        18 dekabr

10:00 -17:00 Final yarışları

18:00 –Yarışın mükafatlandırılması, bağlanış mərasimi.

 

8.Yarış qaliblərinin müəyyən edilməsi

 

 

Draytulinq yarışının qaydalarına əsasən ,qalib şəxsi hesablamada ümumi balların cəminə görə,komanda yarışında isə komanda üzvlərinin ümumi balarının cəminə əsasən müəyyən olunur.

 

 

 9. Yarış qaliblərinin mükafatlandırılması.

 

 

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və müvafiq diplomlarla mükafatlandırılacaqdır.

 

 

10.Qeydiyyat.

 

 

Yarışda iştirak etmək üçün ərizələr federasiyanın ofisinə təqdim olunmalıdır.

Yarışlarda iştirak barəsində yaranan bütün suallarla əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ofisinə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Nobel pr.61;

Əlaqə telofonu (+99412) 424-29- 81; 

E-mail ­­­­­­­­­­­fairex.info@gmail.com

 

 

11.Əlavə məlumat.

Yarış barədə əlavə məlumatları FAIREX-in rəsmi www.fairex.az saytında yerləşdiriləcəkdir.

                                                              

Oxunub: 3036
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 139 Gün
» 1821 Həftə
» 4006 Ay
» 79795 İl
» 167772 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub