fairex.az
ENG
RUS
20.5.2019
Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər və idman həvəskarları üçün təlim kursları keçirilir
 5/12/2016 

 5-6 dekabr 2016-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Federasiyanın tam hüquqlu üzvü olan Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda yaşayan gənclər və idman həvəskarları üçün təlim kursları təşkil edilib.

 Təlimlərdə əsas məqsəd FAİREX-in təcrübəsini Naxşıvanda fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyası ətrafında toplaşan ekstremallarla paylaşmaq, MR-da ekstremal idman növlərinin inkişafı üçün potensialları üzə çıxarmaq, dağçılıq, hava və digər ekstremal idman növlərinə marağın artırılması olub.
Təlimləri təşkil etmək üçün Naxçıvana ezam olunmuş FAİREX-in Beynəlxalq təlim-tədris kursları keçmiş gənc təlimatçıları, Naxçıvan Dövlət Universitetinin və digər təhsil müəssisələrinin tələbələrindən ibarət auditoriyalarda FAİREX-in tarixi və fəaliyyətlərindən, gənclərə yaratdığı imkanlardan, həmçinin havaçılıq, dağçılıq və dırmanma idman növləri haqqında maraqlı təqdimatlar keçirilib. Təlimlərin sonuncu günü Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Əshabı-Kəhf dağına yürüş təşkil olunub, burada iştirakçılara çoxsaylı praktik bilgilərlə yanaşı düşərgə yerinin seçilməsi, çadırların qurulması, dağçılıq ləvazimatlarından düzgün istifadə və digər zəruri məlumatlar verilib.
FAİREX tərəfindən gələcəkdə də, Naxçıvanla yanaşı Respublikamızın digər bölgələrində oxşar tədbirlər vasitəsilə
gənclərin hava və dağçılıq idman növlərinə cəlb edilməsi ilə bağlı kütləvi tədbirlərin təşkili davam etdiriləcəkdir.

Oxunub: 2061
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 65 Gün
» 65 Həftə
» 5710 Ay
» 38693 İl
» 126670 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub