fairex.az
ENG
RUS
24.7.2019
Draytulinq üzrə Ölkə Çempionatı başa çatıb
 19/12/2016 

17-18 dekabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Draytulinq (Drytooling) üzrə Ölkə Çempionatı keçirilib.

 

 “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirilən Çempionatda yaşı 18-dən yuxarı şəxslər iştirak edib.   Azərbaycanın bölgələrini təmsil edən komandaların iştirak etdiyi və Beynəlxalq Dırmanma və Dağçılq Federasiyasının (UIAA) qaydaları əsasında keçirilən Çempionata ümumi rəhbərliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edib. Yarışın bilavasitə keçirilməsi Gənclər və İdman Nazirliyi və FAİREX tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunub.

Çempionata qatılmaq üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAİREX-in Dağ Komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və Çempionata qatılacaq şəxslər müəyyənləşdirilib.

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

 

                            Nəticələr:

 

Oğlanlar

1.     Rəhimxanov Rinat - Qafqaz İdman Klubu

2.     Məsimli Şamil - Qafqaz İdman Klubu

3.     Şahbalayev Zöhrab  - Ekosport İdman Klubu

 

Qızlar

1.     Əhmədova Leyla - Qafqaz İdman Klubu

2.     Səfərova Sima – FHN İdman Klubu

3.     Hüseynova Könül – Kyanite İdman Klubu

 

Komanda hesabı :

1.     Qafqaz İdman Klubu

2.     FHN İdman Klubu

3.     Ekosport İdman Klubu

 

Oxunub: 2741
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 106 Gün
» 581 Həftə
» 6327 Ay
» 57121 İl
» 145098 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub