fairex.az
ENG
RUS
20.5.2019
İdman Dırmanması (Ç,S) üzrə Ölkə Çempionatı Keçiriləcək
 23/12/2016 

 14-15 Yanvar 2017-ci il tarixlərində İdman Dırmanmasının sürət və çətinlik növləri üzrə ölkə çempionatı keçiriləcəkdir. Çempionatın nəticələri 2016 və 2017-ci illərin hər ikisi üçün nəzərə alınacaq. Yarışda 19 yaşından böyük şəxslər iştirak edə bilər ( 1998-ci il təvəllüdlü şəxslər iştirak edə bilməz). İştirak üçün komandalar sifariş formalarını 12 Yanvar 2017-ci il tarixinə qədər federasiyanın ofisinə təqdim etməlidir. 

 İDMAN DIRMANMASI (ÇƏTİNLİK VƏ SÜRƏT ) ÜZRƏ

AÇIQ ÖLKƏ ÇEMPİONATININ

 

ƏSASNAMƏSİ

 

 

1.      Məqsəd və vəzifələr.

   Yarış Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya  qoyur;

·            Məktəbliləri və gəncləri bu idman növünə həvəsləndirmək;

·            İdman dırmanmasını kütləviləşdirmək və inkişaf etdirmək;

·            Ekstremal idman növlərinin inkişafına təkan vermək;

·            Gənclər və yeniyetmələr arasında idmançı mədəniyyətinin və yarış təcrübəsinin artırılması;

·            İstedadlı idmançıların üzə çıxarılması.

 

2.      Yarışın növü.

 Yarış İdman dırmanmasının çətinlik və sürət  növləri üzrə keçiriləcəkdir.

 

3.      Yarışın keçirilmə yeri və vaxtı.

Yarış 14 – 15 Yanvar 2017-ci il tarixində Bakı Şəhəri Nobel Prospekti 61  ünvanında yerləşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına məxsus  “CLIMBAKU” İdman Dırmanması Kompleksində   keçiriləcəkdir.

 

4.      Yarışlara rəhbərlik.

       Yarışın keçirilməsinə ümumi rəhbərliyi  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edəcəkdir. Yarışın keçirilməsi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən  təsdiq edilmiş Hakimlər  Kollegiyasına həvalə olunur.

 

5.      Yarış iştirakçıları.

       Yarış 19 yaşdan yuxarı ( 1998-ci il təvəllüdlü idmançılar iştirak edə bilməz) idmançılar arasında şəxsi və komandalar üzrə keçirilir. Komandanın tərkibi 3 oğlan, 1 qızdır.

     

6.      Yarışın keçirilmə şərtləri.

       Yarışda Beynəlxalq İdman Dırmanması Federasiyasının ( IFSC ) beynəlxalq idman dırmanması yarışlarının keçirilməsi qaydalarına əsasən təşkilatçılıq və qiymətləndirmə aparılır.

   Yarış idmançıların cins qrupundan asılı olaraq iki kateqoriyada keçiriləcəkdir. Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır. 

                Yarışda beynəlxalq qaydalara əsasən xal hesabına görə idmançıların balları veriləcəkdir, yarışın hər mərhələsi üçün başlanğıc siyahıları beynəlxalq qaydalara əsasən hazırlanacaqdır.

                Çətinlik yarışları təsnifat, yarım - final və final mərhələləri olaraq keçirilir. Yarım-finala 26, finala 8 nəfər sabit kvota nəzərdə tutulmuşdur.

                Sürət yarışları kvalifikasiya və final mərhələləri olaraq keçirilir. Final mərhələsi də 1/8 final, ¼ final, yarım-final və final duellərindın ibarətdir. Final mərhələsinə yarışda iştirak edən idmançı sayından aslı olaraq 16, 8 və ya 4 idmançı keçirilir.   

 

7. Yarışın proqramı.

                                   14 yanvar – Çətinlik növü üzrə təsnifat və yarım-final yarışları

        10.00-10.30  -Qeydiyyat;

        10.30-11.00  -Yarışın açılış mərasimi və marşrutların nümayişi;

        11.00-17.00  -Yarışın başlanması və başa çatması.

 

                   15 yanvar    Çətinlik növü üzrə final yarışları və Sürət növü üzrə yarışlar

        10.00    -Yarışın başlanması;

        17.00    -Bağlanış mərasimi və mükafatların verilməsi.

 

                  8. Yarış qaliblərinin müəyyən edilməsi.

Beynəlxalq İdman Dırmanması yarışlarının qaydalarına əsasən, qalib şəxs hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

 

                  9. Yarış qaliblərinin mükafatlandırılması.

                      Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.

 

               10. Yarışın maliyyələşməsi.

     Yarışın  təşkili və keçirilməsi ilə bağlı texniki ləvazimatların təşkili Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təmin olunur. Yarışlarda iştirak etmək üçün  lazım olan digər xərclər ezam edən təşkilat tərəfindən ödənilir.

 

  11. Yarışda iştirak üçün müraciətlərin qəbulu.

 Yarışda iştirak etmək üçün komandaların sifariş formaları 12 Yanvar  2017-cı il tarixinə kimi federasiyanın ofisinə və ya  skan  edilmiş  formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən sifarişin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirak ilə bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət edə bilərsiniz.

Yarış barədə əlavə məlumatlar  FAIREX-in rəsmi veb səhifəsi olan www.fairex.az saytında yerləşdiriləcəkdir.

Qeyd : Yarışda yer tutmuş şəxslərin nəticələri 2016-cı il və 2017-ci il üzrə həmin növdə böyüklər arasında nəticə hesab olunacaq.

 

                                                            Ünvan: Bakı şəh.Nobel pr-ti 61  

                                                            Tel: (+99412) 424-29-81
                                                             E-mail: fairex.info@gmail.com

 

Oxunub: 2029
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 2 Onlayn
» 66 Gün
» 66 Həftə
» 5711 Ay
» 38694 İl
» 126671 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub