fairex.az
ENG
RUS
17.12.2018
BUZADIRMANMA ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK
 18/1/2017 

 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliy nin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 04-05 fevral 2017-ci il tarixlərində BUZADIRMANMA ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI keçiriləcək ( Buzun vəziyyətindən, yəni hava şəraitindən aslı olaraq tarix dəyişə bilər). Yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilər. İştirak üçün komandalar 01 fevral tarixinə qədər sifariş formalarını təqdim etməlidir. 

Ətraflı məlumatı aşağıda -  yarşın əsasnaməsindən görə bilərsiniz 

  

 

1.     Məqsəd və vəzifələr

 

      Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya  qoyur:  

 

 

 

§  Ekstremal idman növlərinin inkişafına təkan vermək;

§  Gənclərin buzadırmanma və draytulinq idman növünə daha geniş cəlb olunması;

§  Gənclər arasında perspektivli idmançiların müəyyən olunması və milli   

yığma komandanın təşkili;

§  Benəlxalq yarışlarda iştirak edəcək komanda formalaşdırmaq

 

2.     Yarışın növü.

Yarış Buzadırmanma idmanının çətinlik və sürət növləri üzrə keçiriləcək.

 

 

 

3.      Yarışın keçirilmə yeri və vaxtı.

                    Yarış 04-05 fevral (hava şəraitindən aslı olaraq tarixlər dəyşilə bilər) 2017 –ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçiriləcək.

 

 

4.      Yarış iştirakçıları.

      Yarışlara yaş həddi 16-dan yuxarı şəxslər buraxılır (ən kiçik yaşlı idmançı 2000-ci il təvəllüdlü ola bilər) .Yarışlarda iştirak etmək istəyənlər mütləq həkimdən sağlamlıq haqqında arayış təqdim etməlidir. Yarış şəxsi və komandalar üzrə keçirilir. Komandalar idman cəmiyyətlərin, klubları  dövlət, özəl və ictimai təşkilatları təmsil edə bilərlər.Komandaların tərkibi 3 nəfər- 1qadın  2 kişidən ibarət olmalıdır.

 

 

 

5.      Yarışın keçirilmə şərtləri.

      Yarış çətinlik və sürət növü üzrə və UIAA-nın buzadırmanma və draytulinq beynəlxalq qaydaları çərcivəsində keçirilir;

 

 

 

6.Yarışa rəhbərlik.

      Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi edir.Yarışın bilvasitə keçirilməsi Gənclər və İdman Nazirliyi və FAIREX tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.

 

 

 

7.Yarışın proqramı.

·        03  Fevral

Yarış yerinə gəlmə və yerləşmə. Mandat komissiyasinin iclası;

·        04  Fevral

09:30 -10:00  Yarışın açılışı  

10:30  Çətinlik növü üzrə yarışın təsfinat və yarım-final yarışları.

·        05  Fevral

10:00 -17:00 Çətinlik növü final yarışları, Sürət növü üzrə yarışlar.

18:00 –Yarışın mükafatlandırılması, bağlanış mərasimi.

 

8.Yarış qaliblərinin müəyyən edilməsi

      Buzadırmanma yarışının qaydalarına əsasən ,qalib şəxsi hesablamada ümumi balların cəminə görə,komanda yarışında isə komanda üzvlərinin ümumi balarının cəminə əsasən müəyyən olunur.

 

 

 

 9. Yarış qaliblərinin mükafatlandırılması.

      Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr, kubok və medallar və müvafiq diplomlarla mükafatlandırılacaqdır.

 

10.Qeydiyyat.

      Yarışda iştirak etmək üçün sifariş formaları 01 fevral 2017-ci il tarixinə qədər FAIREX-in ofisinə təqdim olunmalı və ya skan olunmuş formada aşağıdakı e-mail ünvanına göndərilməlidir .

Yarışlarda iştirak barəsində yaranan bütün suallarla əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ofisinə müraciət etmək olar.

Ünvan:   Bakı şəhəri, Nobel pr.61;

               Əlaqə telofonu (+99412) 424-29- 81; 

               E-mail ­­­­­­­­­­­fairex.info@gmail.com

 

11.Əlavə məlumat.

      Yarış barədə əlavə məlumatları FAIREX-in rəsmi www.fairex.az saytında yerləşdiriləcəkdir.

Oxunub: 1588
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 4 Onlayn
» 146 Gün
» 146 Həftə
» 5475 Ay
» 83533 İl
» 83533 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub