fairex.az
ENG
RUS
17.12.2018
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb
 6/2/2017 

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 04-05 fevral tarixlərində keçirilən 10-cu Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb.

 Yüksək səviyyədə təşkil olunan buzadırmanma üzrə açıq Azərbaycan çempionatında Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və FAİREX-in prezidenti, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak ediblər.
İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Daha sonra çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Ümumilikdə bu qəbildən olan yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq arenalarda Azərbaycan Respublikasını təmsil edəcək Milli Komandanın formalaşmasına xidmət edir.

Çempionatın nəticələrini təqdim edirik:
Çətinlik növü üzrə yarışan oğlanların nəticələri :
Rinat Rəhimxanov – Qafqaz İdman Klubu
Qalib Şıxrəhimov – Ləzə İdman Klubu
Ramay Rəhimxanov – Qafqaz İdman Klubu

Çətinlik növü üzrə yarışan qızların nəticələri :
Leyla Əhmədova – Qafqaz İdman Klubu
Nigar Mərdanova – Kyanite İdman Klubu
Fidan Novruzova – Qərb Universiteti İdman Klubu

Sürət Növü üzrə yarışan oğlanların nəticələri :
Şıxrəhimov Qalib – Ləzə İdman Klubu
Rəhimxanov Rinat – Qafqaz İdman Klubu
İsrafilov İlham – Salavat İdman Klubu

Komanda hesabında qazanılan kubokların sahibləri:
“Qafqaz” İdman Klubu
“Zirvə” İdman Klubu
“FHN” İdman Klubu

 

Oxunub: 1860
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 130 Gün
» 130 Həftə
» 5459 Ay
» 83517 İl
» 83517 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub