fairex.az
ENG
RUS
24.10.2018
İDMAN DIRMANMASI (B) üzrə "ÜMİD" Yarışı Keçiriləcək
 23/2/2017 

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 04-05 Mart 2017-ci il tarixlərində İdman Dırmanması üzrə "ÜMİD" Yarışı keçiriləcəkdir. Dırmanmaya yeni başlayan şəxslər arasında keçiriləcək yarışda iştirak üçün komandalar sifariş formalarını  02 Mart 2017-ci il tarixinə qədərtəqdim etməlidir.  Yarışın keçirilmə şərtləri aşağıda ətraflı verilmişdir :

 

 

1.     Məqsəd və vəzifələr

      Yarış Azərbaycanda idman dırmanmasını geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya  qoyur:

·     Məktəbliləri və gəncləri bu idman növünə həvəsləndirmək;

·     İdman dırmanmasını kütləviləşdirmək və inkişaf etdirmək;

·     Ekstremal idman növlərinin inkişafına təkan vermək;

·     Gənclər və yeniyetmələr arasında idmançı mədəniyyətinin və yarış təcrübəsinin artırılması;

·     İstedadlı idmançıların üzə çıxarılması.

 

2.     Yarışın növü.

 Yarış İdman dırmanmasının boldrinq  növü üzrə keçiriləcəkdir.

 

3.     Yarışın keçirilmə yeri və vaxtı.

       Yarışlar 4-5 mart 2017-ci il tarixində Bakı Şəhəri Nobel Prospekti № 61  ünvanında yerləşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının CLIMBAKU  İdman Dırmanma Mərkəzində    keçiriləcəkdir.

 

4.     Yarışlara rəhbərlik.

       Yarışın keçirilməsinə ümumi rəhbərlik  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən  təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.

 

 

5.      Yarış iştirakçıları.

      Yarış 12 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə keçirilir. Komandanın tərkibi 3 oğlan, 1 qızdır. FAIREX-in indiyə kimi təşkil etdiyi boldrinq Ümid yarışlarının finalına vəsiqə qazanmış idmançılar  və boldrinq üzrə ölkə çempionatlarında ilk 15 yer tutmuş idmançılar yarışda iştirak edə bilməz.

 

6. Yarışın keçirilmə şərtləri.

       Yarış idman dırmanmasının boldrinq növü  üzrə idmançıların cins qrupundan asılı olaraq keçiriləcəkdir. Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır. 

                 Yarışda beynəlxalq qaydalara əsasən xal hesabına görə idmançıların balları veriləcəkdir, yarışın hər mərhələsi üçün başlanğıc siyahıları da beynəlxalq qaydalara əsasən hazırlanacaqdır. Yarış təsnifat, yarımfinal və final mərhələləri olaraq keçirilir. Yarışın yarım-final mərhələsində 20, finalda isə 6 idmançı yarışa bilər. 

             

7. Yarışın proqramı.

                    04 mart  -  Təsnifat yarışları      

        10:00-10.30  - Qeydiyyat;

        10:30-11:00  - Yarışın açılış mərasimi və marşrutların nümayişi;

        11.00-17.00  - Yarışın başlanması və başa çatması.

 

        05 martYarım - final və final yarışları

        10:00    - Yarışın başlanması;

        15:00    - Bağlanış mərasimi və mükafatların verilməsi.

 

                  8. Yarış qaliblərinin müəyyən edilməsi.

İdman dırmanması yarışının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

 

                  9. Yarış qaliblərinin mükafatlandırılması.

                      Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və müvafiq diplomlarla mükafatlandırılacaqlar.

 

               10. Yarışın maliyyələşməsi.

     Yarışın  təşkili və keçirilməsi ilə bağlı bütün xərclər (texniki ləvazimatların təşkili) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün  lazım olan digər xərclə ezam edən təşkilat tərəfindən ödənilir.

 

  11. Ərizələrin qəbulu.

Yarışda iştirak etmək üçün sifarişformaları  02 mart 2017-ci il tarixinə kimi federasiyanın ofisinə və ya skan  edilmiş  formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən ərizənin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirakla bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal idman Növləri Federasiyasına müraciət edə bilərsiniz.

Oxunub: 1474
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 174 Gün
» 1537 Həftə
» 8631 Ay
» 63907 İl
» 63907 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub