fairex.az
ENG
RUS
24.10.2017
Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar “Heydər zirvəsi”nə kütləvi yürüşlər keçiriləcək
 3/4/2017 

Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş bir ənənəyə çevrilib. Respublikanın müxtəlif bölgələrindən, müəssisə, idarə və təşkilatlardan bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.
 

Yürüşlərin daha da kütləviləşməsi, mütəşəkkilliyin və yürüş edənlərin təhlükəsizliyinin təmin olunması üçün “Heydər zirvəsi”nə 05-11 may 2017-ci il tarixlərində nəzərdə tutulan kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək məqsədilə Təşkilat Komitəsi yaradılıb və Şahdağ Milli Parkında Xüsusi Qərərgah formalaşdırılıb. Həmçinin, Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yürüş iştirakçılarının təlimatlandırılması və təhlükəsizliyinin təmin edilməsinə Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasına (ADEİNFA) daxil olan idman federasiyaları cəlb edilib.
ETSN-nin müvafiq Əmri ilə 05-11 may 2017-ci il tarixlərində Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə müəyyən olunmuş marşrut üzrə təşkil olunacaq kütləvi yürüş iştirakçıları birdəfəlik giriş haqqından azad edilib.
Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılardan, o cümlədən fiziki və hüquqi şəxslərdən, idarə və müəssisələrdən xahiş olunur ki, sənədləşmənin aparılması üçün şəxsiyyət vəsiqəsinin surətini və Milli Parka giriş anketini dolduraraq 25 aprel 2017-ci il tarixinədək Qərərgaha və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) ofisinə təqdim etsinlər.
Yürüşlə bağlı bütün məlumatları onlayn və ya alternativ vasitələrin köməyi ilə Qərərgahın Məlumat Xidmətindən almaq mümkündür.
Qərərgahın ünvanı: Şabran rayonu, Şahdağ Milli Parkının Baş Ofisi
tel: (+994)-23-353-66-63,
fax: (+994)-23-353-66-63
e-mail: office.shd@gmail.com
FAİREX-in ünvanı Nobel pr.61
əlaqə telefonu (+99412) 424-29- 81;
e-mail fairex.info@gmail.com
Yürüş barədə əlavə məlumatlar FAİREX-in rəsmi www.fairex.az saytında yerləşdiriləcək.

 

Oxunub: 992
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 5 Onlayn
» 88 Gün
» 288 Həftə
» 4999 Ay
» 74000 İl
» 248969 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub