fairex.az
ENG
RUS
17.12.2017
“Heydər zirvəsi”nə yürüş təşkil edilir
 27/11/2017 

     Ənənəyə sadiq qalaraq Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə növbəti kütləvi yürüş təşkil edilir. 9, 10, 11, 12  dekabr 2017-ci il tarixlərində baş tutacaq yürüşün həyata keçirilməsi üçün Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanmış və bu müraciətə əsasən Şahdağ Milli Parkında də yerləşən 3751 m hündürlüyə malik zirvəyə yürüşün təşkili üçün müvafiq icazə alınmışdır. Həmçinin Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də tədbirin yüksək məramı nəzərə alınaraq, qeyd olunan tarixlərdə “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcəkdir. Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılardan və klublardan xahiş olunur ki, sənədləşmənin aparılması üçün 01 dekabr 2017-ci il tarixinədək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət etsinlər.

    Sənədlər (fərdi anket vərəqi və şəxsiyyət vəsiqəsinin surəti) yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün müddətində təqdim edilməlidir. Yürüşlə bağlı bütün məlumatları onlayn və ya alternativ vasitələrin köməyi ilə müraciət edərək Federasiyanın Məlumat Xidmətindən almaq mümkündür:

Federasiyanın ünvanı: Nobel pr.61, Bakı şəhəri

 Tel: (012) 424-29-81,

e-mail: fairex.info@gmail.com

Məlumat üçün bildiririk ki, sənədləri vaxtında təqdim etməyən şəxslərə Heydər Zirvəsinin yerləşdiyi Milli Parkın ərazisinə giriş üçün icazə verilməyəcəkdir

Oxunub: 583
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 96 Gün
» 1244 Həftə
» 4285 Ay
» 10942 İl
» 10942 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub