23-24 dekabr 2017-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Draytulinq (Drytooling) üzrə Ölkə Çempionatı keçiriləcək.
Çempionat Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) qaydaları əsasında “ClimBaku” idman dırmanması mərkəzində təşkil ediləcək. Yaşı 14-dən yuxarı olan şəxslər iştirak edə bilər.Son Qeydiyyat tarixi 20 dekabr 2017-ci ildir.