fairex.az
ENG
RUS
21.11.2017
Federasiyanın tarixi haqqında

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2005-ci ildə yaradılmışdır. Federasiyanın təsisçiləri Bakı Aviaklubu, Qərb Universitetinin İdman klubu, Dağ klubu və Balakən Aviaklubudur. Hal-hazırda 14 klub, filial və birliklər Federasiyanın üzvləridir. Federasiyanın idmançıları 2005-ci ildən etibarən Azərbaycanın buzadırmanma və qayayadırmanma çempionatlarında, beynəlxalq tədbirlərdə iştirak etmişlər. Habelə, federasiyanın üzvləri paraşüt tullanışları, Qırmızı və Xəzər dənizinin dərinliklərinə enişlər həyata keçirmişlər.

Federasiyanın idmançıları Azərbaycanın bir sıra dağlarının zirvələrinə - Heydər Əliyev, İlham, Tufandağ, Şahdağ zirvələrinə qalxmışlar.
2009-cu il tədbirlərlə zəngin olmuşdur. Belə ki, 2009-cu ilin yanvar ayında Federasiyanın komandası Prezident H.Bağırovun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirərək Antarktidanın ən hündür nöqtəsinə – Vinson zirvəsinə (4892 m) qalxmış və Cənub Qütbünə qədər yürüş etmişdir.
17-19 aprel 2009-cu il tarixilərində qayayadırmanma üzrə Azərbaycan çempionatı keçirilmişdir. Federasiyanın idmançıları may ayının əvvəllərində Ümummilli Lider H.Əliyevin ad günü münasibətilə Heydər Əliyev zirvəsinə, Federasiyanın yığma komandası isə Dağıstanda keçirilən Ekstremal İdman növləri üzrə Beynəlxalq Festivalda iştirak edərək Şalbuz-daq (4142m) zirvəsinə qalxmışdır. 22-24 may 2009-cu il tarixlərində Çıraqqala ərazisində ilk dəfə multiyarış keçirilmişdir. Yay aylarında və payızın ilk günlərində Şahdağ və Tufandağ yürüşləri üçün dağ hava şəraitinə uyğunlaşma məşqləri təşkil edilmişdir.
Avqust ayında federasiyanın bir qrup üzvü Afrikanın ən hündür sönmüş vulkanı olan Kilimancaronun Uhuru zirvəsinə (5895 m) elmi, idman və siyasi məqsədlərlə ekspedisiya həyata keçirmişdir. Habelə, 2009-cu ildə Federasiyanın Dağ Komissiyası yaradılmış və dağ hazırlıq məktəbinə ilk qəbul təşkil edilmişdir. Federasiyanın Qusar, Qax, Zaqatala, Ağcabədi rayonlarında filialları yaradılmışdır.
Həmçinin, Nasosnı ərazisində ekstremal idman növləri üçün poliqon tikilir.
Onu da qeyd edək ki, ötən ilin son aylarında Federasiyanın yeni və geniş ofisi istifadəyə verilmişdir. Yaxın günlərdə Federasiyanın yeni ofisində ekstremal idman növləri üçün avadanlığın satış mağazası da açılacaqdır. 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində federasiyanın elmi-idman ekspedisiyası Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaqua (6962m) zirvəsinə qalxmışdır. Cari ilin yanvar ayında isə ilk dəfə olaraq Azərbaycan yığma komandası buzadırmanma üzrə Dünya kubokunda iştirak etmişdir.
Federasiyamız FAI (Beynəlxalq Hava İdman Növləri Federasiyasının) və IFSC (Qayayadırmanma Üzrə Beynəlxalq Federasiya) kimi idman təşkilatlarının, eyni zamanda Azərbaycanın Dopinq Əleyhinə Quruma da üzv olmuşdur.
Bu ilin fevral ayında isə Federasiya Azərbaycanda ilk dəfə qayayadırma üzrə beynəlxalq yarış təşkil etməyi planlaşdırır.
Gələcək üçün bizim böyük planlarımız var. Federasiyanın qapıları ekstremal idman növləri həvəskarları üçün həmişə açıqdır.
Snoubordistlər, kayterlər, raftinqçilər və kayakerlər, qayayadırmananlar və alpinistlər, dayverlər, dağ xizəkçiləri, beyscamperlər, paraşütçülər və deltaplaneristlər- biz sizin hamınızı federasiyamızda gözləyirik!!!

Oxunub: 6768
Sayı : (1)
Göndərən: dunyamali aydinov

Salam men sizin klubnuza yazilmag isteyirem.bu haqda melumat verseniz size tesekur ederem.fedarasiya yazilmag ucun hara muraciet etmeli ve sertler neden ibaretdir.

07-1-2012  |  02:49
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Tarix
Əməkdaşlıq
Klublar
Virtual bülleten
Əlaqə
Komissiyalar
Sayt xəritəsi
Üzvlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 55 Gün
» 243 Həftə
» 3824 Ay
» 4374 İl
» 4374 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub