fairex.az
ENG
RUS
27.6.2019
Buzadırmanma üzrə I Beynəlxalq Turnir
 11/12/2009 

Azərbaycanda buzadırmanma idman növünü populyarlaşdırmaq məqsədi ilə Buzadırmanma üzrə I Beynəlxalq Turnir keçiriləcəkdir.

Təşkilatçılar bu yarışın keçirilməsi nəticəsində gənclərin yeni təcrübə qazanacağına və ölkədə buzadırmanmanın daha da populyarlaşacağına ümid edirlər. Yaxın zamanlarda burada Azərbaycanda ilk Qış İdman Növləri Kompleksinin açılışı planlaşdırıldığı üçün turnirin keçirilməsi daha da aktualdır. Soçidə keçiriləcək olimpiadada buzadırmanma nümunəvi idman növü olaraq proqrama daxil ediləcək.
Turnirin 29-31 yanvar və ya 5-7 fevral tarixlərində Qusar rayonunun Ləzə kəndinin yaxınlığındakı donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsi havanın və şəlalələrin vəziyyətindən asılı olduğu üçün iştirakçılara turnirin başlama tarixi 20 yanvarda elan ediləcəkdir.
Müsabiqəyə 18 yaşından yuxarı, tibbi arayışı və sığortası olan şəxslər buraxılır. Qeydiyyatdan keçərkən iştirakçılar adam başına 25 ABŞ dolları həcmində ilkin ödəniş etməlidirlər.
Müsabiqə sürətli və çətin dırmanma üzrə keçiriləcək. Yarış proqramı əlavə olaraq elan ediləcəkdir. Turnirin başlanmasına üç gün qalmış Azərbaycan idmançıları üçün təsnifat yarışları keçiriləcək. hər ölkədən gələn nümayəndə heyətinin tərkibi maksimum 5 nəfər olmalıdır. ( Təşkilat komitəsi iştirakçıların qidalanmasını, qalmasını, hava limanından (vağzaldan) qarşılanması və yola salınmasını, həmçinin lazım gəldikdə yarışdan bir gün əvvəl və bir gün sonra qalmasını təmin edir. Bu günlər ərzində qidalanma iştirakçıların öz hesabınadır.) Əgər heyət üzvləri 5 nəfərdən çox olarsa, qalan iştirakçılar üçün komanda tərəfindən ödəniş edilməlidir. Bir iştirakçı üçün tam paketin qiyməti 250 ABŞ dollarıdır.
Yarışda iştirakın təsdiqlənməsini və heyətin tərkibinin neçə nəfərdən ibarət olduğunu 5 yanvar tarixinədək Federasiyanın ünvanına göndərilməsini xahiş edirik. İştirak üçün ərizə və qeydiyyat haqqı federasiyanın ofisinə təqdim edilməlidir. Həmçinin komandalar məlumat paketini də Federasiyanın ofisindən əldə edə bilərlər.
MDB vətəndaşlarının Azərbaycana girişi vizasızdır və müvəqqəti qeydiyyat sənədi tələb olunmur. Əgər heyət yarışa bir gün qalmışdan daha tez gəlməyi planlaşdırırsa, turnir və yerləşdirilmə məsələlərini və s. müzakirə etmək üçün müsabiqənin təşkilat komitəsi ilə əlaqə saxlamaq lazımdır.
Turnirdə iştirak, gediş-gəliş, yerləşdirilmə və s. ilə bağlı federasiyanın ofisinə müraciət edilə bilər.
Tel: (+99412) 566-83-72,
E-mail: info@fairex.az, fairex-az@mail.ru.
Skype: fairex-azerbaijan

Oxunub: 5303
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 229 Gün
» 1156 Həftə
» 7784 Ay
» 49860 İl
» 137837 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub