fairex.az
ENG
RUS
18.9.2019
Qayayadırmanma üzrə Azərbaycan çempionatı başa çatdı
 25/10/2010 

28-30 may tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı qayalıqlarda qayayadırmanma üzrə Azərbaycan çempionatı keçirilmişdir. Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının Beynəlxalq İdman Qayayadırmanması Federasiyasına(İFSC) daxil olmasından sonra ilk dəfə olaraq yarışlar beynəlxalq qaydalar çərçivəsində keçirilmişdir. Məsafələri və marşrutları təşkil etmək, onların mürəkkəbliyini beynəlxalq şkalada qiymətləndirmək və hakimliyi yeni qaydada keçirmək üçün Federasiya tərəfindən Türkiyədən xüsusi olaraq mütəxəssislər dəvət edilmişdir.

Yarışlara başlamamışdan öncə 2010-cu ilin Azərbaycanda Ekologiya ili elan olunduğunu nəzərə alaraq ekoloji aksiya keçirilmişdir. Sonra yarışlar 3 növ üzrə - Boulderinq(qısa mürəkkəb distansiyalara dırmanma), cütlərin yarışı və mürəkkəb dırmanma (maksimum hündürlük səviyyəsinə görə) keçirilmişdir.
Yarışlarda Azərbaycanın müxtəlif şəhərlərindən 62 idmançı iştirak etmişdir. Bunlar : Hava və Ekstremal İdman növləri Federasiyasının Salavat (Qusar),Ekstremal (Qax), Climb Club(Bakı), Babadağ (İsmayıllı), Zirvə (Ləzə), Ekosport (Bakı) ,Turizm unstitutu, BDU və Qərb universitetlərinin idman klublarının və Azərbaycan Alpinizm Federasiyasının Respublika alpinizm və turizm klubunun idmançılarıdır.
1-ci gün bolderinq üzrə yarışlar keçirilmişdir. İdmançılar yarışların keçirildiyi çadır şəhərciyinin yaxınlığında qurulmuş qayada 10 qısa yol qət etməli idilər.Ən yaxşıları Təhməzov Emil və Cəfərova Dilarə(Alpinizm Federasiyası). 2-ci yerləri-Mehtiyeva Ruslana(Alpinizm Federasiyası) və Anuriyeva Svetlana (Alpinizm Federasiyası),3-cü yerləri isə Məmmədov Azad(Alpinizm Federasiyası) və Nəsrullayeva Səbinə (Zirvə,Ləzə) qazanmışlar. 2-ci gün mürəkkəb dırmanma üzrə yarışlar keçirilmişdir. Yarışlar 3 tur üzrə keçirilib: ixtisas, yarımfinal və final. 1-ci tura 34, 2-ci tura 16, finala isə 8 iştirakçı buraxılıb. Bu yarışda Təhməzov Emil(Alpinizm Federasiyası) və Nəsrullayeva Səbinə("Zirvə" Ləzə) qalib gəlib. 3-cü gün cütlərin sürətli dırmanışı üzrə yarışlar keçirilmişdir. Qadınlar arasında heç kim finişə çata bilməyib(yarışlar yaş qayalarda yağışlı havada keçirılirdi),kişilərdən 4 iştirakçı yarışı qazanıb. Mükafatı öz aralarında bölüşdürüblər.
Nəticələrə görə 1-ci yerləri Təhməzov Emil və Cəfərova Dilarə(Alpinizm Federasiyası), 2-ci yerləri Nəsrullayeva Səbinə(Zirvə, Ləzə) və Əzizov Zeyvan (Zirvə,Ləzə), bürünc medalları isə Bəkirov Qabil(Babadağ, İsmayıllı) və İsrafilova Xanım (Salavat, Qusar) qazanmışlar. Bütün idmançılar Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman növləri Federasiyası və Azərbaycan Alpinizm Federasiyası tərəfindən medallar, fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
1-ci yeri Respublika Alpinizm və Turizm klubunun komandası, 2-ci yerləri isə Salavat(Qusar) və Zirvə (Ləzə) klubunun komandaları bölüşmüşlər. Son 10 ildə çempionat ilk dəfə olaraq yeni yerdə və qeyd etdiyimiz kimi beynəlxalq qaydalara uyğun aparıldı. İdmançılar və hakimlər təcrübələr əldə etdilər. Bütün idmançılar və hakimlər yeni formatda keçirilən bu çempionatın mürəkkəb və maraqlı olduğunu qeyd etməklə yanaşı çempionatın bütün sahələrdə yüksək səviyyədə təşkili üçün Federasiya rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Bu çempionatda qazanılmış təcrübə yaxın zamanlarda keçiriləcək Beynəlxalq dağ festivalı Qızıl Qaya - 2010 təşkili üçün səmərəli olacaqdır.
 

Oxunub: 5243
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 29/5/2018 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. Daha ətraflı
 29/5/2018 
Cümhuriyyət Bayramınız mübarək! Daha ətraflı
 24/5/2018 
Baş sağlığı Daha ətraflı
 23/5/2018 
Gurcustanda idman dirmanmasi uzrə aciq ölke cempionat kecrilib Daha ətraflı
 17/5/2018 
NEKROLOQ Daha ətraflı
 28/12/2017 
FAIREX-den Açıqlama Daha ətraflı
 13/12/2017 
Rusiyada İdman dırmanmasının yaranmasının 70 illiyinə həsr olunmuş Rusiya Kuboku uğurla başa çatıb. Daha ətraflı
 25/12/2017 
Draytulinq üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 145 Gün
» 561 Həftə
» 3909 Ay
» 69125 İl
» 157102 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub