fairex.az
ENG
RUS
24.11.2017
''Fairex''-in ekspedisiya qrupu “Heydər zirvəsi”nə yürüş edib
 8/5/2010 

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar 8 may 2010-cu il tarixdə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşə başlayıb

Yürüşə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən yeni yaradılan Bakı Dövlət, Qərb, Xəzər Universitetlərinin, Azərbaycan Turizm İnstitutunun idman klubları, Ekologiya və Təbii Sərvətlər, həmçinin Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları da qoşulub.
Federasiyanın fəaliyyətinin ilbəil genişlənməsi nəticəsində yürüşə 70-dən çox dağ idman növü ilə məşğul olan idmançı qatılıb.
Mayın 8-də Bakı şəhərindən başlanan yürüş Xınalıq yolunda baş vermiş sürüşmə ilə əlaqədar başqa alternativ piyada yollarla Qızıl Qaya massivinin ətəklərində davam edib və günün sonunda ekspedisiya üzvləri zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.
Müvafiq avadanlıq və ləvazimatlardan ibarət olan 20 kiloqramlıq bel çantası ilə hərəkət edən yürüş iştirakçıları qarşılaşdıqları bütün çətinliklərə, eləcə də sərt relyef və mürəkkəb hava şəraitinə baxmayaraq mayın 9-da qarşıya qoyulan məqsədə uğurla çatmış və “Heydər zirvəsi”ndə Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoymuşlar.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüş artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən, şəhər və kəndlərindən bu aksiyaya qoşulan tələbələrin, ziyalıların, fəhlə və kəndlilərin sayı ilbəil artmaqda davam edir ki, bu da Ulu Öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.

 

 

Oxunub: 3745
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Bouldering) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boulderinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 203 Gün
» 1065 Həftə
» 4646 Ay
» 5196 İl
» 5196 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub